DİNLƏR TERRORU LƏNƏTLƏYİR

TERRORUNİDEOLOJİ TƏMƏLİ


Terrorizmə qarşı aparılan mübarizənin uğurla nəticələnməsi üçün hədəf doğru təsbit edilməli, üsullar da buna görə təyin edilməlidir. Elə bu səbədən bu saytda həm terrorun səbəb olduğu fəlakətlərdən bəhs etdib, həm də terrorun əsl mənbəyini vurğulayaq.

davamı
Terrorizmə qarşı aparılan mübarizənin uğurla nəticələnməsi üçün hədəf doğru təsbit edilməli, üsullar da buna görə təyin edilməlidir. Elə bu səbədən bu kitabda həm terrorun səbəb olduğu fəlakətlərdən bəhs etdik, həm də terrorun əsl mənbəyini vurğuladıq. Şiddəti, qarşıdurmanı və anarxiyanı yeganə yol olaraq təqdim edən ideologiya və axınlar terrorun mənşəyini təşkil edir. Terroristlər günahsız insanları qətl edərkən, cəmiyyətdəki sakitliyi və nizamı pozarkən özlərinə təlqin edilən fikirlərin təsiri altında guya məqbul sayılan mübarizəni apardıqlarını düşünürlər. Bu insanlar özlərini şiddətə yönəldən ideologiyaların səhv və məntiqsiz olduğunu, bununla heç nəyə nail olmayacaqlarını anladıqları zaman terrordan imtina edirlər. Əks halda, yəni terrora qaynaq olan ideologiyaların yalnışları və ziddiyyətləri ifşa edilmədikcə, bu ideologiyalar yıxılmadıqca terrorizmə qarşı görülən tədbirlər həmişə faydasız olacaq, terror bir müddətdən sonra başqa yerlərdə, başqa şəraitdə, tam fərqli şəkildə yenə cəmiyyətin qarşısına çıxacaq.

Terrorizmin sona çatması yalnız terrorun fikri infrastrukturunun tamamilə ortadan qaldırılması ilə mümkündür. Kitabın növbəti hissələrində terrorun fikri təməlinin darvinizm və darvinizmdən qaynaqlanan materialist cərəyanlar olduğunu görəcəksiniz. Materializmin darvinizmlə birlikdə insanlara verdiyi "həyat mübarizə meydanıdır", "sadəcə güclülər həyatda qala bilər və zəiflər əzilməlidir", "insan və bütün kainat təsadüflərin əsəridir, buna görə də heç kim etdiklərinə görə məsuliyyət daşımır" kimi təlqinlər insanları sanki heyvan kimi yaşamağa yönləndirir. Bunun nəticəsində də mərhəmətsizlik, təcavüzkarlıq və şiddət adi qarşılanır.

Terrora əl atan, hədəfinə ancaq şiddət yolu ilə nail olacağını düşünənlər hansı dinə, hansı irqə, hansı qrupa mənsub olursa-olsun əslində materialist düşüncənin və darvinizmin təsiri altındadır. Din adından istifadə edərək bu fəaliyyəti həyata keçirən terrorist qruplar da buraya daxildir. Çünki əsl din əxlaqını yaşayan insanın şiddəti həll yolu olaraq mənimsəməsi, insanları öldürərək və qətl edərək məqsədinə çatmağa çalışması qətiyyən mümkün deyil. Həmin şəxslər din əxlaqına tamamilə zidd həyat yaşayır və hərəkətlərini materialist ideologiyaların təsiri ilə reallaşdırırlar.

Bu dövrdə siyasətçilər və müxtəlif alimlər də terrorizm bataqlığının yalnız hərbi yolla durdurulacağının mümkün olmadığı barəsində həmfikirdirlər. Biz də bu kitabımızda terroru ortadan qaldırmanın ancaq sevgi, xoşməram və sülhlə mümkün ola biləcəyinin üzərində dayanacağıq. Allahın elçiləri vasitəsilə göndərdiyi haqq dinlər bu mövzudabizəhəqiqi yol göstəricidirlər. Bunun üçün də kitabda Qurandan, İncildən və Əhd-iƏtiqdən nümunələr verərək terrorun bütün İlahi dinlər tərəfindən qadağan edildiyini, lənətləndiyini göstərəcəyik. Bundan başqa terrorla yeganə mübarizə üsulunun din əxlaqının insanlara qazandırdığı sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, incə düşüncə, əfvedicilik, xoşməram və ədalət anlayışları olduğunu tarixdən nümunələr gətirərək göstərəcək və "Allah əmin-amanlıq yurduna çağırır..." (Yunus Surəsi, 25) ayəsinə uyğun olaraq, insanları sülh və sevgi dolu bir dünya meydana gətirmək üçün səy göstərməyə dəvət edəcəyik.
close

TERRORUN QANLI NƏTİCƏLƏRİ

XXI əsrdə dünyamızı təhdid edən ən böyük təhlükələrdən biri də terrorizmdir. Çünki terrorizm nəzərdə tutulan siyasi hədəfə nail olmaq üçün çıxış yolunu şiddətdə görür. Terroristlərə görə siyasi anlaşılmazlıqlar, etnik və mədəni fərqlərdən qaynaqlanan problemlərin yeganə həll yolu şiddətdir.Hər qrup öz tələbini ancaq zorbalıq və təzyiqlə əldə edə bilər. (Terroristlərin dünyagörüşünə görə problem, tələb və axsaqlıqlar da dəyişir.)
Terroristlər inanırlar ki, mövcud cəmiyyət nizamı pozulsa, gündəlik həyata qarışıqlıq, qorxu və narahatlıq hakim olsa hədəflərinə çatacaqlar. Bəzi terroristlərin məqsədi şiddət yolu ilə tələblərini qəbul etdirmək və ya şiddətin meydana gətirdiyi xaos mühitindən faydalanaraq təşkilatlarının təbliğatını aparmaqdır.

davamı
XXI əsrdə dünyamızı təhdid edən ən böyük təhlükələrdən biri də terrorizmdir. Çünki terrorizm nəzərdə tutulan siyasi hədəfə nail olmaq üçün çıxış yolunu şiddətdə görür. Terroristlərə görə siyasi anlaşılmazlıqlar, etnik və mədəni fərqlərdən qaynaqlanan problemlərin yeganə həll yolu şiddətdir. Hər qrup öz tələbini ancaq zorbalıq və təzyiqlə əldə edə bilər. (Terroristlərin dünyagörüşünə görə problem, tələb və axsaqlıqlar da dəyişir.)

Terroristlər inanırlar ki, mövcud cəmiyyət nizamı pozulsa, gündəlik həyata qarışıqlıq, qorxu və narahatlıq hakim olsa hədəflərinə çatacaqlar. Bəzi terroristlərin məqsədi şiddət yolu ilə tələblərini qəbul etdirmək və ya şiddətin meydana gətirdiyi xaos mühitindən faydalanaraq təşkilatlarının təbliğatını aparmaqdır. Sabitliyin ortadan qalxdığı, cəmiyyətdə qorxu və narahatlığın meydana gəldiyi bir mühitdə terrora əl atan qruplar hədəflərinə asanlıqla çatacaqlarını düşünürlər. Bu yolla "haqq və ədalət"i təmin edəcəklərini iddia edirlər. Halbuki haqq və ədalətin terror hərəkətləri ilə bərpa ediləcəyini zənn etmək, problemlərin şiddətə əl ataraq həll olunacağını düşünmək çox böyük səhvdir. Allahın "... yer üzündə fitnə-fəsad törədənlər..." (Rad Surəsi, 25) olaraq təsvir etdiyi bu şəxslərin indiyəkimi əldə etdikləri tək nəticə həm öz tərəfdarlarının, həm də günahsız insanların ölümləri olmuşdur. Dünyada hər il minlərlə insan terrorist hücumlar nəticəsində həyatını itirir, yaralanır, iqtisadi itkiyə məruz qalır, həyatını qorxu və narahatlıq içində davam etdirir. Terrorizmin nəticəsi çox ürküdücüdür. Buna görə də bütün cəmiyyəti təhdid edən terrorizm təhlükəsi ilə mübarizə aparmaq vacib və zəruridir.

Terrorizm çox yaxınımızdadır!


Dünyada 500-ə yaxın terrorist qrup olduğu təxmin edilir. Bu terrorist qruplar arasında narkotik, silah və fahişə alverinə nəzarət edən beynəlxalq cinayətkar şəbəkələr, yeraltı təşkilatlar, marjinal qruplaşmalar, azğın təriqətlər və din adından istifadə edən müxtəlif radikal qruplar var. Bir çox terrorist təşkilat öz ölkəsinin sərhədləri daxilində fəaliyyət göstərərkən bir qisim təşkilatlar düşmən olaraq qəbul etdikləri ölkələri yaxud da səs gətirəcəyini düşündükləri müxtəlif mərkəz nöqtələri və şəxsləri hədəf seçirlər.
Terrorizm qədim dövrlərdən bəri mövcuddur. Ancaq bu təhdid XX əsrdə daha da güclənmişdir. Bu əsrdə terrorizm və terroristlər böyük partlayışlarasəbəb oldular. Kütləvi təxribat gücü yüksək olan silahların ortaya çıxması və texnologiyada baş verən sürətli inkişafterror hərəkətlərinin şəklini dəyişdirdi, dağıdıcılığını artırdı.

60-cı illərdə atom bombası və ya fərqli bir nüvə silahı hər hansı terrorist qrupun əlinə keçərsə nə olacağı barədə ciddi şəkildə düşünülürdü. Nüvə, bioloji ya da kimyəvi silahla hücum on minlərlə, hətta yüz minlərlə insanın həyatını itirməsi ilə nəticələnə bilər, ölkələri ortadan qaldıra bilərdi. Ancaq belə bir hücum reallaşmadı. 1990-cı illərdə isə gözlənilən tərzdə bir hücumun reallaşma ehtimalı artdı. Xüsusilə də SSRİ-in dağılması və sahib olduğu nüvə silahları üzərindəki nəzarətin zəifləməsi bu qayğıları artırdı. İnternetin inkişafı və yayılması nəticəsində asanlıqla hər cür məlumatın əldə edilməsi bu qayğının daha da artmasına səbəb oldu. Mövzusu bu qorxunu əhatə edən yüzlərlə film çəkildi, kitablar yazıldı, araşdırmalar aparıldı, hesabatlar hazırlandı. Artıq terrorist hərəkətlər bombalama, qəsb etmə, təyyarə qaçırma, girov götürmədən daha qorxulu ola bilər, terroristlər geniş kütlələri hədəf alan hücumlar reallaşdıra bilərdilər. Üstəlik bu hərəkət insani müdaxilə olmadan uzaqdan bir düyməyə basmaqla ya da kompyuter köməyi ilə ola bilərdi.

Yaxın dövrlərdə bioloji silahdan istifadə edilərək reallaşdırılan bəzi terrorist hərəkatlar bioterrorizm təhlükəsinin ölçülərini də ortaya qoydu. Bu dövrdə terroristlər sadə laboratoriyada və təcrübəli kimyagərlərin köməyi ilə minlərlə insanın ölümünə səbəb ola biləcək bioloji silah əldə edə bilirlər. Bunun ilk nümunələrindən biri 1984-cü ildə ABŞ-ın Oregon əyalətindəki bir qəsəbədə restoranlarda yemək yeyən 750 nəfərin zəhərlənməsi oldu. Bu hadisədən həmin bölgədə fəaliyyət göstərən və Oregon yerliləri ilə qarşıdurma içində olan bir terrorist təşkilatın məsul olduğu aşkar edildi. Təşkilat üzvləri fermalarında yetişdirdikləri salmonella bakteriyalarını bölgədəki dörd restoranın barlarına yaymışdılar. 1995-ci ildə Tokio metrosuna "sarin" adı verilən kimyəvi silahla təşkil edilən hücum isə terrorizmin xalqı nə qədər yaxından təhdid edən bir təhlükə olduğunu göstərdi. Aum Shinrikyo (Üstün Gerçək) adlı azğın bir təriqətin təşkil etdiyi bu terrorist hücumda 12 nəfər öldü, 5500 nəfərisə yaralandı. Daha sonra aparılan araşdırmalar bu təriqətin öz laboratoriyalarında bioloji silahlar üzərində işlədiyini aşkar etdi.

Bioloji və kimyəvi silahlarla yanaşı məlumat texnologiyasının da XXIəsrdə terrorist hücumlarda əhəmiyyətli rol oynaya biləcəyi nəzərə çatdırılmalıdır. Avropadan Amerikaya, Asiyadan Afrikaya qədər dünyanın hər tərəfində terrorist bombalama, yağmalama, təyyarə qaçırma, girov götürmə hadisələri də böyük sürətlə davam edir. Məsələn,İspaniyanın Bask Bölgəsinin müstəqilliyi üçün mübarizə apardıqlarını iddia edən ETA (Euskadi Ta Askatasuna) terroristləri 1962-ci ildən etibarən İspaniyada çox böyük terror hərəkatlarına imza atmış, 800-dən çox insanın ölümünə səbəb olmuşlar.4 Qarşısına Şimaliİrlandiyanın müstəqilliyini məqsəd qoyan İRA da periodik olaraq reallaşdırdığı bombalama hərəkatları iləneçə ildir dünya gündəmində ön sıralarda yer tutur. İngiltərənin Şimali İrlandiyadan çəkilməsini, İrlandiya Respublikası Hökumətinin süqutunu, sosialist respublika qurulmasını hədəfləyən İRA müxtəlif qaçaqmalçılıq, soyğun hadisələrinə də qarışmışdır. Ümumiyyətlə, Şimali İrlandiya və başda London olmaq üzrə İngiltərə daxilindəhərəkatda olan İRA Almaniya kimi Avropa ölkələrində də müxtəlif bombalama hadisələrinə qarışmışdır. İRA-ın 1969-cu ildən indiyə kimi reallaşdırdığı terrorist hücumlarda hər iki tərəfdən 3200-dənçox insan həyatını itirmişdir.5 İngiltərənin müxtəlif bölgələrində avtomobillərə, havalimanlarına, metro stansiyalarına və dinc əhaliyəqarşıİRA-nın reallaşdırdığı bombalı hücumlar milyonlarla dollarlıq zərərə səbəb olmuşdur. 15 iyun 1996-cı ildə İngiltərənin Mançester şəhərində Avropa Futbol Çempionatı qarşılaşması əsnasında İRA-ın avtomobilə yerləşdirdiyi bombanın ticarət mərkəzində partlaması nəticəsində 200 adam yaralanmışdır.

Bu dövrdə heç bir ölkə terror hücumlarından azad deyil və yuxarıda saydığımız bir neçə nümunə terrorizmin insan həyatına nə qədər müdaxilə etdiyini açıq-aşkar göstərir. Terrorizm artıq yalnız müəyyən ölkələrin problemi olmaqdan çıxmış, bütün cəmiyyətin problemi halına gəlmişdir. Terrorun nə vaxt, harada, kimi hədəf alacağı bilinmir. Buna görə də artıq heç kim terrorizmlə mübarizəni müəyyən ölkələrin və ya müəyyən təşkilatların vəzifəsi olaraq görə bilməz. Terrorizm bütün dünyamızı təhdid edir və bu problem ancaq insanları, sülhü, dostluğu, qardaşlığı sevən xoş niyyətli insanların əl-ələ verərək bir-birinə dəstək olması ilə həll ediləcək.


Terrorizmin qaranlıq üzü

Bu gün terror ABŞ-dan Anqola, Uqanda, Nigeriya kimi Afrika ölkələrinə, İngiltərə, İspaniya, Fransa kimi Avropa ölkələrindən Şri-Lanka, Tayland, Yaponiya kimi Asiya ölkələrinə, Orta Şərq ölkələrindən Latın Amerikasına qədər bir çox ölkədə minlərlə insanı narahat edir və çox böyük maddi itkilərə səbəb olur. İnsanlar evlərində oturarkən, kinoda film izləyərkən, ticarət mərkəzində gəzərkən, avtobusda səfərdə olarkən və ya işyerində işləyərkən heç gözləmədikləri bir anda terrorizmlə qarşılaşırlar. Təbii ki, terrorizmin evlərinə qədər girməsi insanlarda böyük narahatlıq, qorxu və həyəcan meydana gətirir. İnsanlar izdihamlı mühitlərə girməkdən, ictimai nəqliyyat vasitələrindən istifadə etməkdən qorxur, rahat yaşaya bilmirlər.Bu, terrorizmin hədəflədiyi cəmiyyət modelidir: Qorxaraq narahat yaşayancəmiyyət.

Dünyada baş verən terrorist hücumların ürküdücü cədvəli bu narahatlığı təsdiqləyir. 1996-cı ildəki 296 hadisə ilə müqayisə edildikdə 1997-ci ilərzində cəmi 304 beynəlxalq terror aktıqeydə alınmışdır. 1997-ci ildə 221 nəfər öldürülmüş, 693 nəfərhücumlarda yaralanmışdır. 1996-cı ildə 314 nəfər öldürülmüş və 2.912 nəfər yaralanmışdır. 1997-ci ildə bütün dünyada reallaşdırılan 439 hücumdan 398-i işyerlərinə və ya qeyri-rəsmi qurumlara qarşı təşkil edilmiş, 139 insan terrorist hücumlarda həyatını itirmişdir.

ABŞ-ın Xarici İşlər Nazirliyinin təqdim etdiyi məlumatlara görə 2000-ci il 1999-cu il ilə müqayisədə terrorist hərəkatların sayında 8 % artım olmuş və təkcə bu il ərzində 423 nəfər həyatını itirmiş, 791 nəfər yaralanmışdır. 1981-2000-ci illərdə terrorist hücumlar nəticəsində həyatını itirənlərin sayı isə 9.184 nəfərdir.

Amerikan Xarici İşlər Nazirliyininin verdiyi bu cədvələ dünyadakı bütün terror hadisələri nəticəsində həyatını itirən bütün insanlar daxil edilməmişdir. Bu hesabat hazırlanarkən yalnız beynəlxalq terror təşkilatlarının hərəkətləri nəzərəalınmış, yerli terror təşkilatlarının hərəkətlərinə yer verilməmiş, ABŞ tərəfindən terror təşkilatı olaraq elan edilməmiş bəzi qrupların hücumları məlumatlara daxil edilməmişdir. Daxil edilməyən bu rəqəmlər də nəzərəalındıqda cədvəl daha dəhşətli bir hala gəlir. Məsələn, yalnız Türkiyədə 15 avqust 1984-cü il ilə 31 oktyabr 2001-ci il tarixləri arasında 21.866 terrorist hücum reallaşdırılmış və bu hücumlar nəticəsində 5605 təhlükəsizlik işçisi ilə yanaşı 4646 nəfər həyatını itirmişdir. 16.562 təhlükəsizlik işçisi, 5.091 nəfər dinc əhali hücumlar əsnasında yaralanmışdır.

Amerikan Sağlamlıq Statistikaları üzrə Milli Mərkəzinin (National Center for Health Statistics) bir hesabatına görə 1998-ci ildə sadəcə ABŞ-da 3.792 uşaq və gənc odlu silahlarla yaralanaraq həyatını itirmişdir. 1998-ci ildə odlu silahlar vasitəsi ilə 30.708 nəfər insan öldürülmüşdür.

Terror hadisələrinəticəsində yaranan maddi itki və iqtisadi böhran da hadisənin başqa tərəfidir. Terror hadisələrinin səbəb olduğu qarışıqlıq və anarxiya bu bölgələrə sərmayə qoyulmasına maneə törədir. Terroristlərin əlaqədar bölgələrin iqtisadi infrastrukturunu təşkil edən ünsürlərə istiqamətlənən hücumlar reallaşdırmaları bu bölgələrdə yalnız inkişafa maneə törətməklə qalmır, mövcud imkanları da yox edir. İqtisadi maneələr başda təhsil olmaqla ictimai həyatın bir çox sahəsində geriliyə səbəb olur. Terrorla mübarizə üçün sərf olunanpullar isə bütün ölkələr üçün əlavə yükdür.Xalqın rifah səviyyəsini yüksəltmək üçün istifadə edilə biləcək maddi imkanlar orduya istifadə olunur və bu vəziyyət həm ölkə iqtisadiyyatına, həm də qlobal iqtisadiyyata mənfi təsir edir.

Yuxarıda qısaca yekunlaşdırdığımız bu məlumatlar terrorun dünya üzərində meydana gətirdiyi çətinliyi əks etdirir. Terrorizm bütün dünyada böyük çöküntü əmələ gətirir, insanların həyatına mənfi təsir edir.




"Aydınlıq Yol"un qanlı nəticəsi

Dünyanın ən qanlı terror təşkilatlarından biri də Peruda fəaliyyət göstərən marksist-leninist-maoçu partizan qrupu "Aydınlıq Yol"dur. 1960-cı illərdə fəlsəfə professoru Abimael Guzmanınbaşçılığı ilə qurulan təşkilat ilk illərdə hər hansı bir siyasi hərəkat kimi qiymətləndirilirdi. Ancaq “Aydınlıq Yol” 1970-ci illərdə dünyanın ən vəhşi partizan təşkilatlarından biri halına gəldi.

Təşkilat lideri Guzmanın şiddəti təsdiqləyən ifadələri diqqəti özünə cəlbedirdi. Abimael Guzman 19 aprel 1980-cı ildəki bir nitqində "Gələcək silahlarda və toplarda yatır'' deyirdi.10 Bir “Aydınlıq Yol” partizanı isə "Qan bizi daha da güclü edir. Əgər o, axırsa, bizə zərər verməz, əksinə güc verər" şəklindəki sözləri ilə şiddəti ucaldırdı. Təşkilat mübarizələrinin təməlinin şiddət üzərində qurulduğunu açıq-aşkar ifadə edir və ölkədə şiddətin necə artırıla biləcəyini müzakirə edirdi. Nəticədə 23.000-dən çox insan yaşanan partizan müharibəsində həyatını itirmişdi. O dövrdə yaşananlar qısaca bu şəkildə cərəyan etmişdi:

1980-ci illərdə Guzman təhsil karyerasına son vermiş və Peruda davam edən terrorizmə yeni bir başlanğıc gətirmişdi... Guzman və “Aydınlıq Yol” da II Dünya Müharibəsi ərzində Yaponiyadakı kamikadzelər kimi ölümü romantikləşdirmişdilər. İnandıqları ölüm Guzmanın "qan çayı'' olaraq danışdığı və onları qarşıda gözləyən hədiyyələr üçün ödəməliolduqları kiçik pay idi. Çox sayda günahsız vətəndaş qaçırılmış, təcavüzə və işgəncəyə məruz qalmış, öldürülmüşdü. Əhalinin 1 %-indən çoxu şiddət siyasəti nəticəsində vəhşicəsinə qətl edilmişdi. Bu zaman "Başçı Gonzalo'' olaraq tanınan Guzman və “Aydınlıq Yol” müəllim, bələdiyyə başçısı və sivil liderləri öldürmüşdülər.

“Aydınlıq Yol” illərlə Peru xalqına maddi və mənəvi cəhətdən çox böyük zərər vermiş, xalqın dəhşət içində yaşamasına səbəb olmuşdur. Bu, terrorun təbii nəticəsidir. Terroru məğlub etməyin yolu isə kitab boyunca üzərində ətraflı olaraq dayanacağımız kimi sevgidir.

close

TERRORUN YAYILMASINDA DİNSİZ İDEOLOGİYALARIN ROLU

Hər hansısa bir xəstəliyin müalicəsində təsirli nəticə əldə etmək üçündüzgün diaqnoz qoyulmasıçox əhəmiyyətlidir. Diaqnoz qoyulduqdan sonra başlayan müalicə isə xəstəlik bədəndən çıxana qədər həssas şəkildə və səbirlə davam etdirilməlidir. Əks halda xəstəlikget-gedə daha da ağırlaşacaq. Eyni anlayış ictimai xəstəliklər üçün də etibarlıdır. Hər hansı bir ictimai problemlə mübarizə apararkənilk öncə o problemin başlanğıc səbəbləri təyin olunmalıdır. Yoxsa görülən tədbirlər müvəqqəti olacaq.Belə ki,ictimai problemlər qarşısında əsaslınəticə əldə etməyin ən əhəmiyyətli faktorlarından biri də bu səbəbləri doğru diaqnoz etməkdir.

davamı
Hər hansısa bir xəstəliyin müalicəsində təsirli nəticə əldə etmək üçündüzgün diaqnoz qoyulmasıçox əhəmiyyətlidir. Diaqnoz qoyulduqdan sonra başlayan müalicə isə xəstəlik bədəndən çıxana qədər həssas şəkildə və səbirlə davam etdirilməlidir. Əks halda xəstəlikget-gedə daha da ağırlaşacaq. Eyni anlayış ictimai xəstəliklər üçün də etibarlıdır. Hər hansı bir ictimai problemlə mübarizə apararkənilk öncə o problemin başlanğıc səbəbləri təyin olunmalıdır. Yoxsa görülən tədbirlər müvəqqəti olacaq.Belə ki,ictimai problemlər qarşısında əsaslınəticə əldə etməyin ən əhəmiyyətli faktorlarından biri də bu səbəbləri doğru diaqnoz etməkdir.

Əsrimizin ən əhəmiyyətli ictimai problemlərindən biri olan terrorizm üçün də səbəblər çox vaxt konkret hadisələrdə axtarılır, mübarizə də bu səthi hədəflərə istiqamətlənmiş şəkildə planlaşdırılır. Buna görə də terrorizmlə mübarizədə əsaslı nəticə əldə etmək mümkün olmur. Dünyanın terrordan xilas ola bilməsi üçün əvvəl terrorun əsas mənbəyi təsbit edilməli və bu mənbə tamamilə aradan qaldırılmalıdır.




TERRORİST İDEOLOGİYA DARVİNİZM ÜZƏRİNDƏ QURULMUŞDUR
Darvinizmə görə təbiətdə mərhəmətsiz həyat mübarizəsi, daimi qarşıdurma var. Güclülər hər zaman gücsüzləri əzir və inkişaf da bunun hesabına mümkün olur. Bu ideologiyanın qurucusu Darvinbu həqiqətdən kənar"həyat mübarizəsi" şüarını"mədəni irqlər" (avropalı ağlar) və "aşağı irqlər" (asiyalı və ya afrikalı irqlər) ifadələri ilə irqçi məntiqəəsaslandırmış, dünyadakı qarşıdurmaların, müharibələrin təməlini meydana gətirmişdir. Darvinin ortaya atdığı "ən güclülərin həyatda qalması" düşüncəsi insanlığı kinə, düşmənçiliyə, qarşıdurmaya, müharibəyə sövq edən bir çox fikir axınına qanuni zəmin hazırlamışdır.

Darvinizm insanlara yalnız inkişaf etmiş bir növ heyvan olduqları yalanını deyil, eyni zamanda başıboş təsadüflərin əsəri olduqlarını, yəni bir Yaradıcılarının olmadığı yalanını da təlqin edir. Yəni bu nəzəriyyəyə görə, yer üzündə yalnız cansız daşın, torpağın, qazların və s. olduğu bir dövrdə külək, yağış və ildırımların təsiri ilə təsadüfən canlı bir varlıq meydana gəlmişdir. Halbuki təkamül nəzəriyyəsinin bu iddiası biologiyanın ən əsas qanunlarına belə uyğun olmayan, ağıl və məntiqlə ziddiyyət təşkil edən böyük yalandır. Bu təlqinləri dərsliklərdən, seyr etdikləri filmlərdən, oxuduqları kitablardan mənimsəyən insanlar özlərini məsuliyyətsiz zənn edirlər.Müvəffəqiyyətli olmaq üçün hər cür pisliyi qanuni sayan, həyatı mərhəmətsiz savaş meydanı olaraq görən darvinist məntiqlə yetişdirilən insanların bir-birilə heyvan kimi rəftar etməyi, hətta bir-birlərini yox etməyi çox adi qarşılayan zalım fikirlərlə beyinləri yuyulmuşdur.

Beyinlərinə bu cürqəddar fikirlər aşılanan insanlar XX əsri şiddət əsrinə çevirmiş, darvinizmə əsaslanaraq ‘'qarşıdurmanı və müharibəni" dəstəkləmiş, hətta bunu ən əhəmiyyətli üsul kimi mənimsəmişlər."Dialektik qarşıdurma" kommunist ideoloqların qətliam törətmələrinə şərait yaratmış, XX əsrdə kommunist terror nəticəsində təxminən 120 milyon insan qətl edilmişdir. Darvinizmin "irqlər arası həyat mübarizəsi" və "təbii seleksiya" iddiaları isə nasizmin təməlinimeydana gətirmişdir.Bu mübarizə dünyasında yalnız üstün irqlərin həyatda qala biləcəyini müdafiə edən Adolf Hitler isə faşist terroru ilə bütün dünyada cinayət fırtınası başlatmışdır. Nasizmin işğal və müharibə siyasəti nəticəsində başlayan II Dünya müharibəsində təxminən 55 milyon insan həyatını itirmişdir.Onların XXI əsrdəki təqibçiləri də yenə şiddəti tək çıxış yolu olaraq görür və XXI əsrin tarixə "terror əsri" olaraq keçməsini istəyirdilər.Tarix bizə darvinizmin insanların şüuraltına yeritdiyi "insan mübarizəaparan heyvandır" təlqininin insanlar üzərində çox böyük təxribat meydana gətirdiyini göstərmişdir və dövrümüzdəki terror hadisələri də bu həqiqəti sübut edir.Şiddəti, qarşıdurmanı, müharibəni dəstəkləyən, ancaq güclü olanın həyatda qalacağını iddia edən azğın darvinist şüarlar artıq dəstəklənməməlidir.Çünki darvinizmin ortadan qaldırılması o deməkdir ki, artıq şiddətidəstəkləyən fəlsəfələr də qüvvədən düşmüşdür.

Yer üzündəki insanların böyük əksəriyyətinin inandığı üç İlahi din də (Xristianlıq, Yəhudilik və İslam) mübarizəyə qarşıdır.Növbəti hissələrdə ətraflı şəkildə görəcəyimiz kimi hər üç İlahi dinin də məqsədi yer üzündə sülh və rahatlığı təmin etmək, günahsız insanların öldürülməsinə, zülm və işgəncə görməsinə qarşı çıxmaqdır.Mübarizə və şiddət Allahın insanlar üçün təyin etmiş olduğu əxlaqa zidd və bəyənilməyən anlayışlar kimi qəbul edilir.Halbuki darvinizm, mübarizə və şiddəti mütləq lazım olan təbii, doğru və qanuni anlayışlar olaraq görür və göstərir.Buna görə də dünyamızı əhatə edən terror bəlasının mənşəyi dinsizlikdə, dinsizliyin əsrimizdəki qarşılığı olan "darvinizm" və "materializm"də gizlidir.

Hal-hazırda dünyanın bütünölkələrindəki məktəblərdə darvinizmin elmkimi keçirildiyini düşünsək, yeni terrorist gənclərin yetişməsini də nəzərə almalıyıq.Bunun üçün də təsadüflər nəticəsində meydana gəlmiş, ataları heyvanolan, Allaha qarşı məsuliyyətdaşımayan, başıboş varlıqlar olduqları, ancaq mübarizə və müharibə ilə üstün gələrək həyatda qala biləcəkləri öyrədilən gənclərin bu təlqinlərdən uzaq tutulmaları çoxvacibdir.Çünki bu cürsəhv fikirlərlə böyüyən gənclərdavakar, mərhəmətsiz, eqoist, şiddətə meylli olacaqlar.Bu gənclər anarxiya tərəfdarıdırlar və terrorist ideologiyaların təlqinlərinə də asanlıqla qapıla bilirlər, daha sonra isə gözlərini qırpmadan kiçik uşaqları qətl edəcək, öz qardaşını belə öldürəcək, hər cür vicdansız və ağılsız hərəkəti edəcək qədər zalımlaşa bilirlər.Son bir əsrdir ki, dünyanı alt-üst edən irqçi və faşist terror qrupları bu təhsil sisteminin məhsullarıdır.

Buna görə də əvvəlcə terroristin məntiqinin səhv olduğu bütün dəlillərlə sübut edilməlidir.Darvinizmi müdafiə edənlərin və buna inananların hamısının səhv etdiyi əntəsirli şəkildə insanlara izah edilməlidir.İnsan başıboş və məsuliyyətsiz deyil.Onu yaradan, hər anını müşahidə edən, düşüncələrini belə bilən və öldükdən sonra onu sorğulayaraq etdiklərinin qarşılığını verən bir Yaradıcımız var. Rəbbimiz insanı heyvanlardan fərqli olaraq ruh, ağıl, iradə, şüur və mühakimə qabiliyyəti ilə yaratmışdır. Məsələn, bir hadisə qarşısında çoxəsəbləşən, iradəsi zəif insan özünü və qarşısındakı insanı heyvan kimi görsə, ona heç düşünmədən zərər verə bilər, mərhəmətsiz şəkildə davrana bilər.Qarşısındakının kiçik uşaq, müdafiəsiz insan olmasının heç bir fərqiyoxdur.Ancaq Allahın özünə verdiyi ruhu daşıdığını bilən, ağıl və vicdan sahibi insan isə hər cür vəziyyətdə əsəblərinə hakim olar.Şüuru və vicdanı hər an açıq olar.Allaha hesab verə bilməyəcəyi ən kiçik hərəkəti belə etməz.

Allah Quranda hər insanın nəfsinin olduğunu və ona günahlardan, pis əməllərdən çəkinməsini ilham etdiyini bildirir (Şəms Surəsi, 7-10).Buna görə də bəzi insanların əxlaqlarındakı pozğunluqların, cinayət törətmələrinin arxasındakı səbəb xəyali təkamül müddəti deyil.Bunun səbəbi Allaha iman etməmələri, etdiklərinin hesabını Allaha verməyəcəklərini zənn etmələri və bu səbəbdən də çəkinməmələridir.Bu gün bütün dünyada meydana gələn müharibələrin, irqçi qırğınların, mərhəmətsiz hücumların, insanların aclığa, səfalətə tərk edilmələrinin, ədalətsizliyin, mərhəmətsizliyin ardındakı səbəb budur.İnsanları heyvan olaraq görənlər, heyvanlar kimi həyat mübarizəsi içində olduqlarını zənn edənlər, Allahı və axirəti unudan və unutduranlar heç bir zalımlıqda sərhəd tanımazlar.

Hər insan Allahın özünə üflədiyi ruhu daşıyır və özünü yoxdan var edən Yaradıcımıza qarşı məsuliyyət daşıyır.Allah Quranda məsuliyyətsiz olduqlarını zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini belə xatırladır:

Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?! (Qiyamət Surəsi, 36-40)

Bura qədər terrorizmin şiddəti artıran, bütün problemlərə şiddətlə çarə tapmaq istəyən bir ideologiya olduğu və təməlinidarvinizmin meydana gətirdiyi haqda bəhs etdik. Bunun üçün də insana heyvan olduğunu, yalnız fiziki olaraq güclü olan insanların həyatlarını davam etdirə biləcəklərini, insan həyatının bir mübarizə meydanı olduğunu öyrədən bu darvinist ideologiyanın ortadan qalxması terrorizmin də təməl dayaqlarından birini itirməsi mənasını verir. Bununla birlikdə insanları terror bəlasından uzaq tutmanın ən əhəmiyyətli yolu mənəvi təhsildir. Cəmiyyətlərin daimi sülhə qovuşa bilmələri ancaq insanların gözəl əxlaqı öyrənmələri və bu əxlaqı yaşamaları ilə mümkündür. Bundan kənar cəmiyyətin həyatını tənzimləmək üçün qoyulan qaydalar və tədbirlər müəyyən qədər təsir edəcək, terror bəlasını tam olaraq ortadan qaldırmayacaqdır.


TERRORİSTLƏRİN MƏNTİQİ

Terrora yalnız ordu gücü ilə və ya təhlükəsizlik tədbirləri ilə çarə tapmaq mümkün deyil. Çünki sadəcə ordu ilə alınan tədbirlərdaha çox qan tökülməsinə səbəb olacaq. Terrorla mübarizəyə başlayarkən terroristin həyata və insana baxışını, şiddəti hansı yollarla qanuniləşdirdiyini çox yaxşı başa düşmək və bunlarla mübarizə aparmaq lazımdır.

Terroristlər yalnız şiddət yolu ilə müvəffəqiyyətə nail olacaqlarına inanırlar. Ətraflarındakı insanların onlardan qorxmasını istəyir və bu qorxunu meydana gətirmək üçün insafsız, mərhəmətsiz, təcavüzkar xarakterə bürünürlər. Öz düşüncəsinə qarşı çıxan hər insan onun düşmənidir. Düşmənini isə insan olaraq deyil, aradan qaldırılmalı olan hədəf kimi görürlər. “Journal Sentinel” qəzetininmüəlliflərindən psixoterapevt Philip Chard terroristlərin müdafiəsiz insanlara qarşı vəhşiliketmələrininecə qanuniləşdirdikləriniizah etdiyi "Terrorists view us as targets, not as humans" (Terroristlər bizi insan olaraq deyil, hədəf olaraq görürlər) başlıqlı məqaləsində terroristin məntiqini bu şəkildə təsvir edir:

Tədqiqatçılar terroristlərin davranışlarının psixoloji səbəblərini araşdırdılar. Bunların əndiqqət cəlb edəni qurbanlarını əşya, obyekt və (olmasını ümid etdikləri şəkli ilə) qurban siyahısına əlavə olunacaq adam kimi görmə qabiliyyətləridir.

Qurbanları ilə insani əlaqələr - insanın yoldaşı ilə ya da sevdiyi biri ilə yaratdığı əlaqə - yaratmaq istəmirlər. Əksinə onları şahmat oyunundakı piyadalar kimi görməyə cəhd göstərirlər. Nəticədə də terroristlər öz məntiqlərinə görə özlərini “insanları öldürən şəxslər” hesab etmirlər. Asanlıqla və heç nə hiss etmədən qətl etmək üçün fikri olaraq bizi qeyri-insani hədəflər halına gətirirlər.

Terroristlərə görə onların hədəfləri müqəddəs və ucadır.Bunun üçün də təşviq etdikləri qırğını haqlı sayırlar. Terroristlərin əsas hədəfləri insanlar deyil, nəticələrdir. Onlar üçün əhəmiyyətli olan qırğın deyil, qırğının təsiridir. Terroristlər bir qrup insanın və ya bütün bir cəmiyyətin ümidlərini, şövqünüməhv etmək istəyirlər. Terroristlər insanları öldürürlər, çünki bunu məqsədlərinə çatmağın ən sürətli yolu olduğuna inanırlar.

Philip Chardın diqqət çəkdiyi mövzu çox əhəmiyyətlidir. Terroristlər qarşılarındakı insanların ölümündən zərrə qədər də kədərlənmir, əksinə nə qədər çox günahsız insan ölsə, o qədər müvəffəqiyyətli olduqlarını düşünür və hadisəninuğurundanhəzz alırlar. Günahsız insanları insafsızca güllələyəbilir, kiçik uşaqların üzərinə bomba ata bilirlər. Qan tökmək onlara zövq verir. İnsanlıqdan çıxıb gözü dönmüş vəhşi heyvana çevrilirlər. Aralarında azacıq mərhəmət hissi göstərən olsa, onu dərhal xain elan edirlər. Onsuz da çox vaxt bir-birlərinə güllə sıxır, öz içlərindəki qruplara qarşı qanlı hücumlar reallaşdırırlar.

Terroristlərin yuxarıda qısa şəkildə izah etdiyimiz şiddəti dəstəkləyən məntiqləri materialist və darvinist düşüncədən qaynaqlanır. İnsanı heyvan olaraq görən, canlıların inkişafını təbiətdəki həyat mübarizəsinə bağlayan, bu mübarizəni güclü olanların qazanacağı və zəiflərin əzilərək yox olacaqlarını müdafiə edən darvinizm terroristin yanlış məntiqinin təməlini təşkil edir.



close

TERRORİZMİN QARŞISINI ANCAQ SEVGİ İLƏ ALMAQ OLAR

Allah insana Öz ruhundan üfürdüyünü (Səcdə Surəsi, 9) və insanın yer üzündəki xəlifəsi olduğunu (Ənam Surəsi, 165) bildirir. İnsanı digər canlılardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun nəfs və vicdanla birlikdə yaradılmasıdır. Hər insanda özünə pisliyi əmr edən nəfs və pislikdən çəkinməsinə ilham verən vicdan var. İnsan vicdanının ilhamlandırdığı sevgi, fədakarlıq, mərhəmət, təvazökarlıq, şəfqət, doğruluq, səmimilik, sədaqət, nəzakət kimi gözəl xüsusiyyətlərlə yanaşı nəfsindən gələn mənfi xüsusiyyətlərə də malikdir. Ancaq inanan insan vicdanı sayəsində doğru ilə səhvi bir-birindən fərqləndirər və hər zaman gözəl əxlaqı seçər. Allaha olan güclü imanı və qorxusu, axirətin varlığına olan inancı, sonsuz cəhənnəm əzabına qarşı hiss etdiyi şiddətli qorxu və cənnət həyatına qarşı hiss etdiyi həsrət onu nəfsinin azğınlıqlarından qoruyar. İnsanlarla xoş rəftar edər, hər zaman bağışlamağa üstülük verər, pisliyə yaxşılıqla qarşılıq verər, ehtiyac içində olanın köməyinə qaçar. Mərhəmətli, şəfqətli, sevgi dolu və xoş niyyətlidir.

Terroristlər isə vicdanlarının deyil, nəfslərinin səsini dinləyirlər. Buna görə də sevgisiz və təcavüzkardırlar. Asanlıqla əxlaqsızlıq edir, insanlara heç vicdan əzabı çəkmədən əziyyət verə bilirlər. Bunun səbəbi isə bu şəxslərin Allahdan qorxmamaları və din əxlaqını bilib tətbiq etməmələridir. Çünki Allahdan qorxmayan insanı cinayət törətməkdən çəkindirən heç bir güc yoxdur.

Cəmiyyətin mövcud qaydaları insanları cinayət və pis əxlaqdan müəyyən bir yerə qədər çəkindirər. Dövlət cəmiyyətdə açıq yerləri, küçələri və mərkəzi bölgələri təhlükəsizlik orqanları sayəsində qismən qoruya bilər, cəmiyyətin nizamını təmin edə bilər, güclü ədalət sistemi sayəsində cinayət nisbətini azaltmaq üçün lazım olan tədbirləri görə bilər. Ancaq hər insana iyirmi dörd saat nəzarət etmək mümkün olmadığı üçün müəyyən bir yerdən sonra insanın vicdanı fəaliyyətə keçməlidir. Vicdanını dinləməyən insan tək olduğu zaman ya da özü kimi düşünən insanlarla birlikdə olarkən asanlıqla cinayət törədə bilər. Bu halda çarəsiz qaldığı zaman yalan danışan, çəkinmədən haqsız qazanc əldə edən, heç bir narahatlıq hiss etmədən zəifləri əzən fərdlərdən ibarət olan bir cəmiyyət modeli ortaya çıxar. Allahdan qorxmayan, mənəvi dəyərlər gözardı edilən cəmiyyətdə fiziki tədbir və tətbiqlərin nəticə verməyəcəyi aydındır. Halbuki din əxlaqı insana tək də olsa, etdiyi səhvə görə ətrafındakı heç kim onu cəzalandırmasa da, günahdan çəkinməsini əmr edir. Etdiyi hər hərəkətə, aldığı hər qərara, söylədiyi hər sözə görə Allah qatında hesaba çəkiləcəyini və sonsuz axirət həyatında bu etdiklərinə görə qarşılıq tapacağını bilən insanın pislikdən qətiyyətlə çəkinəcəyi aydındır.

İnsanlar özləri istəyərək pislikdən çəkinməyi öyrəndikləri üçün terror təşkilatları cəmiyyətdə özünə yer tapa bilməyəcək. Çünki din əxlaqının hakim olduğu cəmiyyətdə şiddət tərəfdarı olan təşkilatların ortaya çıxmasına səbəb olan problemlər də təbii olaraq ortadan qalxar. Cəmiyyət dürüstlük, fədakarlıq, sevgi, şəfqət, ədalət kimi yüksək əxlaqa sahibdirsə, bu cəmiyyətdə yoxsulluq, sosial bərabərsizlik, ədalətsizlik, haqsızlıq, məzlumun əzilməsi, azadlıqların məhdudlaşdırılması kimi mənfi hallarla qarşılaşmaq mümkün olmaz. Əksinə ehtiyac içində olanların ehtiyaclarının aradan qaldırıldığı, zənginlərin kasıblara kömək etdiyi, güclünün zəifi qoruduğu, sağlamlıq, təhsil, nəqliyyat kimi ictimai imkanlardan hər kəsin istifadə edə bildiyi, fərqli etnik mənşələr, dinlər və mədəniyyətlər arasında xoşməram və anlayışın hakim olduğu bir cəmiyyət nizamı olar. Elə bu səbəbdən də gözəl əxlaq bir çox ictimai problemin həllidir. Bu əxlaqın qaynağı da Allahın insanlara rəhbər olaraq göndərdiyi Qurandır.



Müsəlman İslam əxlaqına gözəl sözlə dəvət edər

İnsanları İslam əxlaqına dəvət etmək, onlara Allahın varlığını və yaradılış dəlillərini izah etmək hər müsəlmanın məsuliyyətidir. Allah"İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!Bunlar, həqiqətən nicat tapmış şəxslərdir." (Ali-İmran surəsi, 104) ayəsiilə bu məsuliyyəti bütün müsəlmanlara bildirmişdir. Allah ayələrdə bu dəvətin necə olacağını da bildirir:

İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
(Nəhl surəsi, 125)


Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!
(Bəqərə surəsi, 263)


Saleh möminlər “Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər.Onlar əməlisaleh şəxslərdəndirlər.” (Ali-İmran surəsi, 114) ayəsi ilə də diqqət çəkilən bu vəzifənin əhəmiyyətini dərk edirlər.Buna görə də ətraflarındakı hər kəsi, yaxınlarını, ailələrini və bütün insanları Allaha iman etməyə, qorxub çəkinməyə və gözəl əxlaqı yaşamağa dəvət edirlər.Möminlərin bu gözəl xüsusiyyətləri Tövbə surəsində bu şəkildə xəbər verilir:

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar.Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər.Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)


Bu ayədən də aydın olduğu kimi, iman edən hər insan dünya həyatı boyunca davamlı gözəl əxlaqı təbliğ etməklə, özü yaşamaqla və insanlara gözəllikləri tövsiyə edib, onları pisliklərdən çəkindirməklə məsuldur.Allah “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar…”(İsra Surəsi, 53) ayəsi ilə iman edənlərə gözəl sözlə danışmağı əmr etmişdir.Gözəl söz və pis söz İbrahim surəsində bu cür təsvir edilir:

Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir.O Rəbbinin izni ilə bəhrəsini hər vaxtverər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. Allah zalımları sapdırar. Allah istədiyini edər!
(İbrahim Surəsi, 24-27)


Gözəl yaşamaq istəyən gözəllikləri təşviq etməli, yaxşılıq istəyən yaxşılığı yaymaq üçün səy göstərməli, vicdanlı münasibətlər görmək istəyən vicdanlı olmağı tövsiyə etməli, zülmə razı olmayan zalımları xəbərdar etməli, qısası düzgünlük istəyən insan digər insanları da doğruya dəvət etməlidir. Dəvətedərkən hidayət verən və gözəl sözü qarşı tərəfə təsirli edənin ancaq Allah olduğunu ağlından çıxarmamalıdır. Allah Peyğəmbərimizin (s.ə.v.) də mükəmməl xarakterinin və üstün əxlaqının nəticəsi olaraq insanlara həmişə gözəlliklə davrandığını bildirmiş və onu bütün insanlara nümunə göstərmişdir.



İslam insanlar arasında həmrəyliyi və bir-birinə kömək etməyi əmr edir

Allah Quranda insanlara bu şəkildə əmr etmişdir:
... Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!(Maidə Surəsi, 2)


Ayədə də xəbər verildiyi kimi, möminlər sadəcə yaxşılıq etmək üçün səy göstərərlər. Onlar Allahın "Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!" (Nisa surəsi, 127) ayəsini düşünər və hər etdiklərinin qarşılığını Rəbbimiz qatında mütləq tapacaqlarını heç unutmazlar. Allah yuxarıdakı ayədə "yaxşılıq və təqva"da köməkləşməyinməqbul olduğunu bildirmişdir. Yaxşılığın nə olduğu isə bizə Quranda açıqlanmışdır:

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır.Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)


Gördüyümüz kimi, həqiqi yaxşılıq cəmiyyətin qəbul etdiyindən fərqlidir.Quran əxlaqını yaşamayan insanlarürəkləri istədiyi zaman qarşı tərəfə kömək etməyi yaxşılıq hesab edirlər.Bu yaxşılıqlar isə yoldakı dilənçiyə pul vermək, səfərdə yaşlılara yer vermək kimi vərdişlərlə məhduddur.

Halbuki Bəqərə surəsindəki ayədə gördüyümüz kimi, Quranın bildirdiyi yaxşılıq möminin bütün həyatını əhatə edən əxlaq şəklidir və yalnız ürək istədikdə, ağla gəldikdə deyil, bütün ömür boyu tətbiq edilən ibadətdir. Müsəlman özü ehtiyac içində olsa belə yoxsula və yetimə kömək edən, istədikləri şeylərdən infaq edən (İnsan surəsi, 8) ixlas sahibidir. Çünki Allah "Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır." (Zəriyət surəsi, 19) ayəsi ilə köməkləşməyi, infaq etməyi və yaxşılıq etməyi müsəlman xüsusiyyəti olaraq xəbər vermişdir. Onların köməyi heç bir şərtə bağlı deyil.Mömin lazım olduğu zaman yaxşılıq edə bilmək və başqalarını yaxşılığa təşviq edə bilmək üçün hər cür fədakarlığı gözə ala bilər. Yalnız Allah rizasını hədəfalaraq qarşılıqsız kömək edər. Allah İnsan surəsində möminlərin əxlaqını bu şəkildə bildirir:

“Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündənqorxuruq!” (İnsan surəsi, 9-10)


Müsəlman bilir ki, Allah sonsuz ədalət sahibidir. Bunun üçün də Allahın,etdiyi gözəl əməllərinin qarşılığınımütləqverəcəyini ağlından çıxarmır. Dünya həyatının müvəqqəti olduğunu, əsl yurdun Rəbbimizin qatında olduğunu heç vaxt unutmur. Çünki Allah insanları bu sonla xəbərdar etmiş və hər kəsi gözəl əməllər etməyə dəvət etmişdir:

Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O saat mütləq gələcəkdir. Odur ki, sən (onları) gözəl tərzdə bağışla. (Hicr surəsi, 85)


Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, əlinizin altında olana yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!
(Nisa surəsi, 36)


Gözəl əməllərin qarşılığını Allah ayələrdə bu şəkildə bildirir və bütün insanlara çox gözəl müjdə verir:

İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik! (Kəhf surəsi, 30)


Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. (Nəhl surəsi, 30-31)


İslam günahsız insanların öldürülməsini qadağan edir

İslam dininə görə günahsız bir insanı öldürmək çox böyük günahdır və günahsız bir insanı öldürən insan axirət həyatında çox böyük əzabla qarşılaşacaq:

... hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)

Yuxarıdakı ayədə də göründüyü kimi, Quranda günahsız bir insanı öldürmək bütün insanları öldürməklə bir tutulur.

davamı
İslam dininə görə günahsız bir insanı öldürmək çox böyük günahdır və günahsız bir insanı öldürən insan axirət həyatında çox böyük əzabla qarşılaşacaq:

... hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)


Yuxarıdakı ayədə də göründüyü kimi, Quranda günahsız bir insanı öldürmək bütün insanları öldürməklə bir tutulur. Furqan surəsində möminlərin insan həyatına verdikləri əhəmiyyətə bu cür diqqət çəkilir:

Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. (Furqan surəsi, 68)


Allah başqa bir ayədə isə insanlara bu şəkildə əmr edir:

De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın, ata-anaya yaxşılıq edin, kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! (Ənam surəsi, 151)


Allaha səmimi qəlblə iman edən, Onun ayələrini dəqiq şəkildə tətbiq edən və sonsuz axirət əzabından qorxan müsəlman bir nəfərə belə zərər verməkdən çəkinər. Çünki Allahın sonsuz ədalət sahibi olduğunu və hər etdiyinin qarşılığını mütləq verəcəyini düşünər. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində Allahın sevmədiyi insanları bu şəkildə sadalamışdır:

Hərəmdə (Müqəddəs bölgədə) zülm və haqsızlıq edənlər, cahiliyyə adətini arzulayanlar və haqsız yerə insan qanı axıtmaq istəyənlər.



HƏQİQİ İSLAM

İslam dini Hz. Məhəmmədə (s.ə.v.) ilk ayənin vəhy edilməsindən sonra keçən yarım əsrlik dövr ərzində çox sürətlə inkişaf etmişdir. İslamın Ərəbistan yarımadasından çıxıb bütün Orta Şərq, Şimali Afrika və hətta İspaniyaya qədər yayılması qərbdə yaşayan bir çox insanın da diqqətini bu dinə yönəltmişdir. Məşhur İslam mütəxəssisi John L. Espositonun ifadəsi ilə “İslamın sürətlə və müvəffəqiyyətli şəkildə yayılması çox təsiredicidir. Qərbli alimlər buna heyran olublar”.13 İslam dini 14 əsr ərzində İndoneziyadan Latın Amerikasına qədər dünyanın hər tərəfinə yayılmışdır. Bu gün 1 milyardan çox müsəlman dünya əhalisinin təxminən 5-də birini təşkil edir və İslam çox sürətlə yayılan din olaraq qəbul edilir. Xüsusilə də 11 sentyabrdakı terrorist hücumlardan sonra İslama olan maraq daha da artmış, İslam dininin nə qədər əhəmiyyətli olduğu aydın olmuşdur.

Bu gün İslami qaydaların müsəlman dünyasında əhatəli şəkildə tətbiq edildiyini görürük. Cəmiyyətlərin adət-ənənələrinə, mədəniyyətlərinə və dünyanı qavrama formalarına görə tətbiqləri də fərqlidir. Bu müxtəliflik bəzən İslamı anlamağa çalışan və ya İslam dini ilə bağlı araşdırma aparanların səhv qənaətə gəlməsinə səbəb olur. İslamla əlaqədar doğru nəticə əldə etməyin tək yolu bu fərqlilikləri bir kənara qoyub İslam əxlaqının izah edildiyi Qurana və Peyğəmbərmizin (s.ə.v.) həyatına baxmaqdır. Çünki çox vaxt fərqliliklər Quran əxlaqında olmayan, ancaq o cəmiyyətin ənənəvi dəyərlərini təmsil edən ünsürlər ola bilir.

Cəmiyyətin böyük hissəsinin müsəlmanlardan ibarət olması o cəmiyyətdə bütün hərəkətlərin, anlayışların və mühakimələrin tam mənada İslami olduğu və ya bunların İslam adı ilə müdafiə edilməli olduğu mənasını vermir. Bir qrup və ya cəmiyyətə istinadən İslam anlayışı qiymətləndirilərkən bu nəzərə alınmalıdır. Fərqlər həmin insanların və ya qrupların yaşadıqları mühitə görə izahlarından qaynaqlanır. Bu izahların və nəticələrin doğru olub-olmadığı isə ancaq İslamı bizə ən doğru şəkildə izah edən qaynağa, yəni Qurana və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə baxaraq aydın ola bilər.

Quranı araşdırmadan, tətbiq edilən ibadət şəkillərinin Quranda olub-olmadığı bilmədən İslamiyyət və müsəlmanlar haqqında fikir formalaşdırmaq düzgün deyil. Bir birliyin və ya cəmiyyətin həyat tərzini müşahidə edərək İslamı anlamağa çalışmaq, İslam haqqında qənaətə gəlmək və müxtəlif fikirlər irəli sürmək insanı çox yanılda bilər. Bu halda ilk olaraq İslam öyrənilməlidir. İslam dini həqiqi qaynağından öyrənildikdən sonra dünyanın fərqli ölkələrində yaşanan modellər bu meyarlara görə nəzərdən keçirilməlidir. Bu zaman İslam dinini bildiyini zənn edən bir çox insan bəlkə də həyatında ilk dəfə həqiqi İslamla tanış olacaq və bu günə qədərki bütün səhv fikirləri ortadan qalxacaq.




İSLAM ƏDALƏTLİ OLMAĞI ƏMR EDİR
İslam əxlaqı iman edənlərə qərar verərkən, danışarkən, iş görərkən, qısacası həyatlarının hər anında ədalətli olmağı əmr edir. Allah Quranda bildirdiyi əmrləri və Peyğəmbərimizin (s.ə.v.) sünnəsi vasitəsilə ədalət anlayışını bütün incəlikləri ilə bizlərə təsvir etmişdir. Quranda bəhs edilən bütün elçilər göndərildikləri qövmlərə ədalət və sülh gətirmiş, peyğəmbərlərin gəlişi ümmətlərin üzərindəki zülmün və qəddarlığın qalxmasına səbəb olmuşdur. Allah Yunus surəsində bu şəkildə bildirir:


Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz! (Yunus surəsi, 47)

Qarşısındakı insan öz yaxını olsa belə, hər vəziyyətdə ədalətlə hökm etmək müsəlmanın ədalət anlayışının ən əhəmiyyətli xüsusiyyətidir. Allah bir ayədə bu şəkildə buyurur:
Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya boyun qaçırsanız, Allah etdiyiniz işlərdən xəbərdardır! (Nisa surəsi, 135)

Ayədə də göründüyü kimi, iman edən insan üçün qarşısındakı insanın maddi vəziyyəti əhəmiyyət kəsb etmir. Əhəmiyyətli olan haqqın yerini tutması, heç kimin haqsızlığa məruz qalmaması və Allahın ayələrinin qüsursuz şəkildə yerinə yetirilməsidir. Maidə surəsində isə bu şəkildə buyurulur:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8)


Yuxarıdakı ayədə isə Allah iman edənlərə öz düşmənləri lehində olsa belə, həmişə ədalətlə hökm etmələrini əmr edir. Müsəlman qarşısındakı insanın özünə haqsızlıq etdiyini, çətin vəziyyətə saldığını və ya düşmən olduğunu düşünüb ani qərarlar verməz, hər zaman vicdanı ilə və Quran ayələrinə uyğun düşünər. Qarşı tərəf həqiqətən səhv etdikdə belə o, yaxşı cavab vermək və Allahın əmr etdiyi əxlaqı göstərməklə məsuldur.

Allah Mumtəhinə surəsinin 8-ci ayəsində isə “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” şəklində buyurmuş və müsəlmanların digər insanlarla olan əlaqələrinin sərhədlərini bildirmişdir. Bu ayələr iman edən insanın bütün insanlara münasibətinin əsasıdır. Müsəlmanın rəftarı qarşısındakı insana görə deyil, Allahın Quranda bildirdiklərinə görədir. Buna görə də səmimi qəlblə iman edən müsəlman hər zaman doğruların tərəfindədir. İman edənlərin bu mövzudakı qətiyyətləri “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, ədalətlə hökm edirlər.” (Əraf surəsi, 181) ayəsi ilə də bizlərə xəbər verilir. Quranda ədalətlə əlaqədar digər ayələr isə bu şəkildədir:

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidəndir, görəndir! (Nisa surəsi, 58)


De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü (Ona tərəf) tutun. (Allah) dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız! (Əraf surəsi, 29)


Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! (Nəhl surəsi, 90)


Quranda təsvir edilən ədalət anlayışına görə qarşı tərəfin hansı dinə, irqə və ya cinsiyyətə sahib olduğu əhəmiyyət kəsb etmir. Çünki İslam irqlər, cinsiyyətlər arasında bərabərliyi müdafiə edir. Hər cür etnik ayrı-seçkiliyi rədd edir. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v.) "Bütün insanlar Hz. Adəmdən, Hz. Adəm isə torpaqdandır"15 şəklində buyuraraq insanlar arasında heç bir fərq olmadığını vurğulamışdır. Dərinin rəngi, ictimai status, zənginlik kimi xüsusiyyətlər üstünlüyə səbəb deyil.

Bu gün dünyanın hər tərəfində insanlar irqləri, dilləri ya da bədənlərinin rənginə görə vəhşicəsinə münasibətə məruz qalırlar. Quranda isə fərqli xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların "bir-birləri ilə tanış olmaları" olaraq bildirilir. Fərqli millətlər və ya qəbilələr bir-birləri ilə tanış olmalı, bir-birlərinin fərqli mədəniyyətlərini, dillərini, ənənələrini, qabiliyyətlərini öyrənməlidir. Fərqli irq və millətlərin olmasının məqsədi mübarizə və müharibə deyil, mədəni zənginlikdir. İman edən insan üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allaha imandakı üstünlüklə olduğunu çox yaxşı bilir. Allah Hucurat surəsində bu şəkildə bildirir:

Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hucurat Surəsi, 13)


Bir başqa ayədə isə Allah "Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!" (Rum surəsi, 22) şəklində bildirir.

İslam tarixinə baxdığımız zaman iman edənlərin fərqli irqlərlə ədalətli münasibətlərinin nümunələrini görərik. İslam Afrika, Asiya və Avropanı əhatəedən çox geniş sahədə çox sürətlə yayılmış və bu fəthlər vasitəsilə İslam əxlaqının gözəllikləri də yayılmışdır. İslam hər irqə, millətə, ictimai quruluşa və coğrafiyaya yayılmış, dünyada daha əvvəl bənzəri görünməmiş şəkildə milyonlarla insanı birləşdirmişdir. İnsan irqinin qolları və qara irqin digər mədəniyyətlərlə olan əlaqələrini araşdıran və bu mövzudakı əhəmiyyətli işləri ilə tanınan tədqiqatçı Joel Augustus Ragers məşhur kitabı “Sex and Race” (“Cinsiyyət və İrq”) adlı əsərində İslam dininin dünya üzərindəki təsirini bu şəkildə təsvir edir:

İslam dinində irq və sinif hökmlərinin tamamilə ləğv edilməsi, dərisinin rəngi və ya sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın cəmiyyətin ən yüksək mərtəbələrinə qədər yüksəlmə imkanının olması bu dinin əsrlərdir varlığını davam etdirməsinin səbəblərindən biridir. İslam dini tarix boyunca öz daxilində bir çox irqi birləşdirmiş və həmçinin öz daxilində dünyanın bənzərini görmədiyi böyük bir imperiyanı saxlamışdır.İslam imperiyası gücünün zirvəsinə çatdığı zaman qərbdə İspaniya və Fransadan başlayaraq Orta Asiya bölgələri də daxil olmaqla Şərqdə Hind okeanı və Sakit okeana qədər uzanırdı. Bu geniş torpaqların sahiblərinin dərilərinin rəngi müxtəlif idi. Bağçada fərqli rənglərdə çiçəklərin olması bu çiçəklər üçün nə qədər əhəmiyyətlidirsə,müsəlmanlar üçündərilərinin rənginin fərqli olması bundan daha az əhəmiyyətli idi.

Dünyanın əntanınmış İslam mütəxəssislərindən biri olan Professor Hamilton Aleksandr Rossken Gibb "Whither Islam?"(İslam Haraya?) adlıəsərində İslam dininin fərqli irqlərə münasibətini bu şəkildə ifadə edir:

Fərqli insan irqlərinin mövqe, fürsət, cəhd baxımından hüquqlarını bərabərləşdirməkdə bu qədər müvəffəqiyyətli olan başqa bir cəmiyyət yoxdur. İslam qətiyyənuzlaşmayacaq kimi görünənfərqli irqləri uzlaşdırma gücünə malikdir.Şərq və qərbdəki böyük cəmiyyətlərin müxalifəti əməkdaşlığa başladığı təqdirdə İslamın uzlaşdırıcı rolunun qarşısının alınması mümkün olmayacaq…

İslam əxlaqı- təməli qardaşlıq, sülh, azadlıq və rahatlıq üzərində qurulmuş cəmiyyəti hədəfləyir. Buna görə də İslamla tanış olan bütün insanlar keçmiş dövrlərdəki kimi təzyiqə, qəddarlığa, mübarizəyə əsaslanmış cəmiyyət əvəzinəsülhə əsaslanan cəmiyyət qurmuşdur. (Əlavə məlumat üçün baxın:"Quranda ədalət və tolerantlıq", Vural Nəşriyyat, Harun Yəhya) Bir çox qərb tarixçisi də bu həqiqəti əsərlərində dilə gətirmiş, İslamla tanışlığın fərqli cəmiyyətlər üzərində çox dərin və müsbət təsir yaratdığını ifadə etmişdir.Professor Robert Briffault "İnsanlığın inkişafı" ("The Making of Humanity") adlı əsərində Qərb cəmiyyətinin İslamla olan əlaqəsinə bu şəkildə diqqət çəkir:

"Bütün bəşəriyyət üçün azadlıq, qardaşlıq, insanların qanun qarşısında bərabərliyi və ümumi seçkidən istifadəni nəzərdə tutan demokratik hökumət idealları, Amerikan konstitusiyasının hazırlanmasına liderlik edən və İnsan Haqları Bəyannaməsinin əsasında duran ideyalar qərbin nailiyyəti deyildi. Bu ideyaların hamısının təməli müqəddəs kitab- Quranda var. Orta əsrlər Avropasının ziyalıları bu ideyaları müsəlman İspaniyası, Siciliya, Xaçlılar və İslami qardaşlıq dərnəklərini təqlid edərək Xaçlılardan sonra Avropada inkişaf edən cəmiyyətlər vasitəsilə İslamdan öyrənmişdir."

Yuxarıda izah edilən həqiqətlərİslam əxlaqının bütün dünyaya əsrlərləsülh, tolerantlıq və ədalət dərsi verdiyinin ifadəsidir.Bu dövrdə də bütün dünya insanları belə bir mədəniyyətin həsrətini çəkir və belə bir mədəniyyətin təkrar yaranmaması üçün heç bir səbəb yoxdur.Bunun üçün insanlar əvvəl özlərindən başlayaraq Quran əxlaqını yaşamağa niyyət etməli, daha sonra da insanlar arasında eyni əxlaqı yaymaq üçün səy göstərməlidirlər.Quranda əmr edilən əxlaq yaşandığı zaman idarəçilərdən tabe olanlara kimi hər kəs ədalətli, mərhəmətli, tolerant, sevgi dolu, hörmətcil, bağışlayan, səmimi olacaq, bütün cəmiyyətlərə rahatlıq və sülh gələcəkdir.

İSLAM YAXŞILIĞI ƏMR EDİB, PİSLİKLƏRDƏN ÇƏKİNDİRMƏYİ ƏMR EDİR

İman edənlər həqiqi yaxşılığın və pisliyin nə olduğunu Allahın "doğrunu səhvdən ayıran" kitab olaraq göndərdiyi Qurandan öyrənirlər.Yaxşılıq və pislik, düz və səhv kimi anlayışlar Quranda nümunələrlə izah edilmişdir.Bundan əlavə möminlərə haqla-nahaqı ayırd edən bir nur və bacarıq da verilmişdir. (Ənfal surəsi, 29)

Müsəlman Quranda təsvir edilən doğru və səhvləri çox yaxşı bilir və bütün həyatında tətbiq etmək üçün cəhd göstərir.Ancaq onunəhəmiyyətli bir məsuliyyəti daha var: İnsanları doğruları görməyə, səhvlərdən çəkinməyə, Quran əxlaqını yaşamağa dəvət etmək. Bu səbəbdən möminlər bütün həyatları boyu insanlara yaxşı ilə pisin arasındakı fərqi izah edərlər. Allah möminlərə belə əmr etmişdir:

İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir. (Ali İmran surəsi, 104)


Quranda Allahın bu əmrini yerinə yetirən insanların digər insanlar üçün nə qədər xeyirli olduqlarına da diqqət çəkilmişdir:

(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır. (Ali İmran surəsi, 110)


Möminlər Quranın yaxşılığı əmr etmə hökmünü yalnız doğru və səhvi heç bilməyən və heç dini anlayışı olmayan insanlara deyil, eyni zamanda möminlərə qarşı da tətbiq edirlər.Çünki insan yalnız bilmədiyindən deyil, bəzən də unutduğundan, yanıldığından ya da nəfsinin təlqinlərini dinlədiyindən səhv edə bilər.Bu vəziyyətdə möminlər bir-birlərinə Quranın hökmlərini xatırladaraq yaxşılığı əmr edir və pislikdənçəkindirirlər. Bir-birlərinə dünya həyatında ancaq yaxşılıq edənlərin və saleh əməl sahiblərinincənnətlə müjdələnəcəklərini, pislikdən çəkinməyənlərin isə cəhənnəm əzabı ilə qarşılıq görəcəklərini söyləyərək xəbərdar edirlər.Bu məsuliyyətə görə heç bir bezginlik və ya çətinlik hiss etmir, qarşılarındakı insan nə qədər çox səhv edirsə-etsin səbirlə, şəfqətlə və mərhəmətlə xatırlatmağa davam edirlər.Çünki Allah bir çox ayəsində səbr edənləri sevdiyini bildirərək möminləri Quran əxlaqını tətbiq etməkdə səbirli olmağa dəvət etmişdir.Allah ayələrdə bu şəkildə bildirir:

Ey iman gətirənlər! Səbr və dua ilə kömək diləyin.Çünki Allah səbr edənlərlədir.(Bəqərə surəsi, 153)


Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır.Məhz onları (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir. (Hud surəsi, 11)




İSLAM PİSLİYƏ YAXŞILIQLA QARŞILIQ VERMƏYİ ƏMR EDİR


Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! (Fussilət surəsi, 34)


Sən pisliyi yaxşılıqla dəf et! Biz aid etdikləri sifətləri daha yaxşı bilirik!(Muminun surəsi, 96)


Yuxarıdakı ayələrdə də gördüyümüz kimi, Allah möminlərə pisliyə ən gözəl şəkildəqarşılıq verdikləri təqdirdə xeyirli nəticə əldə edəcəklərini vəd etmişdir.Hətta qarşılarındakı insanla aralarında düşmənçilik olsa belə, yaxın dostluq yarana biləcəyinə diqqət çəkmişdir.İman edən insanların mərhəmət anlayışının bir şərti də pisliyi yaxşılıqla dəf etməkdir.Qarşı tərəfin Allahın bəyənməyəcəyi pis əxlaqgöstərdiyini gördükləri zaman bunun o insanın axirəti üçün əhəmiyyətli olduğunu düşünərəktəkəbbür və qürur hissi keçirmədən ona qarşı mülayim və təvazökarşəkildə yanaşırlar.

İman edənlər həyatları boyu çox fərqli xarakterdə insanlarla qarşılaşa bilərlər. Amma qarşılarındakı insanların əxlaqına görə onlar da əxlaq anlayışlarını dəyişdirməzlər. Qarşı tərəf lağ edə bilər, pis sözlərdən istifadə edə bilər, hirslənə bilər, pislik edə bilərvə ya düşməncə münasibətgöstərə bilər. Ancaq möminin təvazökarlığı, mərhəmətli və mülayim əxlaqı heç vaxt dəyişməz. Biri pis söz dediyizaman eynilə cavab verməz. Lağ edənə lağ edərək, hirsli olana hirslənərəkcavab verməz. Hirslənən insana qarşı sakitvə etidallı olar.Səbr edər və dözümlü olar. Kobud rəftar edənə qarşı onu utandıracaq, gözəl əxlaqa yönəldəcək mehriban və mərhəmətli şəkildə hərəkət edər. Bu, Peyğəmbərimizin (s.ə.v.) də bizlərə tövsiyə etdiyi əxlaqdır. Peyğəmbərimiz (s.ə.v.) bir hədisində "Səbirli ol ki, sənə qarşı dasəbirli davranılsın"19 şəklində buyurmuşdur. Bir başqa hədisində də möminlərə bu şəkildə səslənmişdir:

Heç biriniz: “Mən insanlarla eyniyəm. İnsanlar yaxşılıq etsə, mən də edərəm, pis davransa, mən də pis davranaram” deyən şəxsiyyətsizlərdən olmasın!” Əksinə insanlar yaxşılıq etsələr yaxşılıq etmək, pis davransalar haqsızlıq etməmək üçün nəfsinizi tərbiyə edin.

Maidə surəsində Peyğəmbərimizə (s.ə.v.) bəzi İsrailoğullarının xəyanətlərini bağışlamalı olduğu bu şəkildə bildirilmişdir:

... xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər! (Maidə surəsi, 13)


Ayədə də göründüyü kimi, Allah Peyğəmbərimizə (s.ə.v.) daima xəyanət gördüyü bir qisim İsrailoğullarını belə bağışlamasını əmr etmişdir.Həmçinin bu da heç unudulmamalıdır: Qarşı tərəf pis əxlaq göstərərsə, insan özü də pis əxlaq göstərməli deyil. Hər insan Allaha qarşı etdiklərindən özü məsuldur.Əksinə pis rəftara qarşı şəfqət, mərhəmət və gözəl əxlaq göstərə bilmək Qurana görə üstün əxlaqın göstəricisidir.Çünki möminin bu gözəl əxlaqı onun Allaha olan bağlılığının gücünü göstərir.Bu gözəl əxlaqının qarşılığı isə Yunus surəsində bu şəkildə xəbər verilir:

Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir.Onların üzünə nə bir toz, nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar! (Yunus surəsi, 26)




İSLAM DİNİ MÖMİNLƏRƏ HƏR ZAMAN BAĞIŞLAYAN OLMAĞI ƏMR EDİR.


Mərhəmətin əhəmiyyətli cəhətlərindən biri də insanların bağışlayan olmasıdır.Allah Quranda iman edən qullarını “bağışlayan” olmağa belə dəvət edir:

Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! (Əraf surəsi, 199)


Bu, nəfsə çətin gələn, amma Allah qatında gözəl qarşılığı olan davranışdır.İnsan səhv qarşısında hirslənəbilərvə ya bağışlamaq istəməyə bilər.Ancaq Allah möminlərə bağışlamanın daha gözəl olduğunu bildirmiş və onları bu əxlaqa təşviq etmişdir:

Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir... (Şura surəsi, 40)


Allah bir başqa ayədə “Əlbəttə, hər kəs səbr edib bağışlasa, çox bəyənilən əməllərdəndir!” (Şura surəsi, 43) şəklində xəbər verərək bunun üstün bir əxlaq olduğuna diqqət çəkmişdir. Allah “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Əfv edib, vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!” (Nur surəsi, 22) ayəsi ilə möminləri bağışlayan olmağa təşviq etmişdir. Çünki həqiqətən hər insan Allahın bağışlamasını, əsirgəməsini və rəhmətini istəyir. Yenə eyni şəkildə bir səhv etdiyi zaman ətrafındakı insanların özünü bağışlamasını diləyir. Allah möminlərə bu vəziyyəti xatırladaraq özlərinin bəyəndikləri əxlaqı başqalarına da göstərmələrini əmr etmişdir. Bu, möminlər arasında mərhəməti təşviq edən əhəmiyyətli hökmdür. Peyğəmbərimiz də bir hədisində “... Bir haqsızlığı, bir zülmü bağışlayan heç bir insan yoxdur ki, Allah onun izzətini artırmasın.” şəklində buyurmuş və möminləri bağışlayan olmağa təşviq etmişdir.

Möminlər hər insanın səhv edə biləcəyini bildikləri üçün qarşı tərəfə mülayim yanaşırlar.Çünki Quranda tövbə ilə əlaqədar olan ayələrdə səhv etməyin deyil, səhvi hiss edən kimi bir daha təkrar etməmək üçün səylə cəhd etməyin əhəmiyyətli olduğu bildirilir.Bu ayələrdən biri belədir:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (Nisa Surəsi, 17)


Səmimiyyəti göstərən bu şərtlər meydana gəldiyi zaman möminlər də bir-birlərinə qarşı çox bağışlayıcı və mərhəmətli davranırlar.Əgər səhv edən insan etdiyi səhvibaşa düşüb bir daha etməməyə cəhd göstərirsə, o insanı keçmişdə etdiklərinə görə mühakimə etmirlər.Bundan başqa möminlər özləri tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüd etmədən bağışlaya bilirlər.Çünki Allah bunun gözəl əxlaq xüsusiyyəti olduğunu bildirərək möminlərə tövsiyə etmişdir:

O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.(Ali İmran surəsi, 134)


Möminlər səhvləri böyük, kiçik deyə ayırmaz və səhvə görə fərqli bağışlama tərzi seçməzlər.Səhv edən insan istəmədən canvə ya mal itkisinə səbəb ola bilər və bu qarşı tərəfin mənfəətlərinə böyük zərər verə bilər. Ancaq hər hadisənin Allahın izni ilə qədərdə baş verdiyini bilən möminlər bu cür bir hadisəni təvəkküllə qarşılayar və əsəbləşməzlər.

Yenə həmin insan cəhalət nəticəsində Quranın hər hansı bir hökmünə qarşı gəlmiş və Allahın qoyduğu hədləri aşmış ola bilər. Ancaq bu davranışına görəinsanı mühakimə etməyə layiq olan yalnız Allahdır. Buna görə də hər hansı bir mövzuda insanı mühakimə etməkvə ya bağışlamamaq möminlərin vəzifəsi deyil. İnsan səmimi olaraq tövbə edib bu davranışından peşman olarsa, alacağı qarşılıq yalnız Allah qatındadır. Allah bir çox ayədə "Allaha ortaq qoşmaqdan" başqa möminlərin səmimiyyətlə düzəltdikləri səhvlərini bağışlayacağını bildirmişdir. Möminlər bunu bildikləri üçün Allahın bildirdiyi şəkildə bağışlayar və əgər bu mövzuda Quranda birnümunə varsa, səhv edən insana qarşı bu cür davranarlar.





İSLAM DİNİ İNSANLARA HƏLİM XASİYYƏTLİ OLMAĞI ƏMR EDİR


Allah iman edənlərə qarşı çox mərhəmətlidir, bağışlayandır, əsirgəyəndir, həlimdir. O, kainatdakı bütün nemətləri insanın əmrinə tabe edən, onları doğru yola yönəldən elçilərlə dəstəkləyən, hidayət rəhbəri olan vəhyləri ilə saleh qul olmağa yönəldən, Rəhman və Rəhim olandır. Rəbbimiz, Həlim (çox yumşaq olan), Ədl (sonsuz ədalət sahibi), Əfüvv (əfvi çox olan), Asim (qoruyan), Bərr (qullarına qarşı yaxşılığı çox olan), Gaffar (bağışlaması çox olan), Hafiz (qoruyan və nəzarət edən), Kərim (ikramı bol və cömərd olan), Lətif (lütf sahibi), Muhsin (sonsuz lütfkar), Rauf (çox əsirgəyən, çox şəfqətli), Salam (hər cür təhlükədən qullarını təhlükəsizliyən), Tevvab (tövbələri qəbul edən) və Vehhab (hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən)dır.

İman edənlər Rəbbimizin üzərlərindəki qorumasının, sonsuz fəzl və lütfkarlığının fərqindədirlər.Buna görə də Allahın razı olacağı, sonsuz cənnətinə və rəhmətinə layiqliqul olmaq üçün ciddi səy göstərirlər.İman edənlərin ən nəzərəçarpan xüsusiyyətlərindən biri, əvvəlki səhifələrdə də vurğuladığımız kimi, sevgi dolu və mərhəmətli olmalarıdır.Müsəlman eyni zamanda çox həlim xasiyyətlidir və insanlara qarşı həmişə gözəl davranır.Allah Peyğəmbərimizin (s.ə.v.) bu həlim xasiyyətini iman edənlərə nümunə vermişdir:

Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin.Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər! (Ali İmran surəsi, 159)


Ayədə Peyğəmbərimizin (s.ə.v.) yumşaq xasiyyətli əxlaqının insanlar üzərində çox müsbət təsir meydana gətirdiyi və insanların ona daha da bağlanmalarına səbəb olduğu xəbər verilir.Quranda digər peyğəmbərlərin sevgi dolu və həlim xasiyyətli əxlaqları da insanlara nümunə olaraq verilmişdir.Bu peyğəmbərlərdən biri Medyən xalqına elçi göndərilən Hz. Şuaybdır. Ayədə qövmünün Hz. Şuayb üçün "… Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!" (Hudsurəsi, 87) şəklində söylədikləri xəbər verilir. Hz. İbrahim də üstün əxlaqı ilə bütün insanlara nümunədir. Allah Quranda Hz. İbrahimin həssas, həlim xasiyyətli və sevgi dolu olduğunu bildirir.Ayələr bu şəkildədir:

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi.Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o, öz atasından uzaqlaşdı.Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi.(Tövbə surəsi, 114)


Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. (Hud surəsi, 75)


Allah iman edənlərə həmişə gözəl davranmalarını, gözəl söz söyləmələrini və insanlara yaxşılıq etmələrini əmr etmişdir. Allahın elçiləri də insanlara Allahın əmr etdiyi şəkildə davranmış və gözəl əxlaqlarından əsla uzaqlaşmamışlar.Məsələn, dövrün ənazğın və ən zalım idarəçisi olan Firona göndərilən Hz. Musaya Allah bu şəkildə səslənmişdir:

Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin.Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır.Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxudqorxsun! (Taha surəsi, 42-44)


Yuxarıdakı ayələr bütün insanlar üçün çox əhəmiyyətli xatırlatmalar ehtiva edir.Hər insan Allahın Quranda bildirdiyi bu gözəl əxlaqı qüsursuz şəkildə yaşamaqla, peyğəmbərlərin əxlaqını nümunə götürməklə məsuldur.Quranda insanlara Allahın yaratdığı bütün varlıqlara qarşı çox böyük məhəbbət bəsləyən, sevgisini ən gözəl şəkildə ifadə edən, hər zaman uzlaşma və gözəlliklərintərəfdarı olan, ən çətin vəziyyətdə belə gözəl sözdən əsla uzaqlaşmayan, istəyərək və zövq alaraq fədakarlıq edən, insanlar üçün həmişə gözəllik və yaxşılıq istəyən, şəxsi mənfəətlərini hər zaman arxa plana atan, özü üçün istəmədiyini başqası üçün də istəməyən, ehtiyac içində olanın dərhal köməyinə qaçan, zülmlə qətiyyən razılaşmayan insan modeli təqdim edilir. Bu isə bütün insanların həsrətini çəkdikləri və ehtiyac duyduqları modeldir.



İSLAM DİNİ İNANC AZADLIĞINI MÜDAFİƏ EDİR


İslam inanc mövzusunda insanlara qəti və açıq bir dillə tam azadlıq verir.İslamın vəhy edildiyi dövrdən günümüzə qədər etibarlı olan bu anlayış İslam əxlaqının da təməlini meydana gətirir.Bu mövzudakı ayələr çox açıqdır:

Dində məcburiyyət (zorakılıq) yoxdur.Artıq doğruluq (iman) azğınlıqdan ayırd edildi.Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)


İslam əxlaqına görə insan istədiyi dini seçməkdə azaddır və dində məcburiyyət yoxdur.Müsəlman İslam dininə dəvət etdiyi insana sadəcə təbliğ etməklə, Allahın varlığını, Quranın Allahın haqq kitabı olduğunu, Hz. Məhəmmədin (s.ə.v.) Onun elçisi olduğunu, axirətin və hesab gününün varlığını, İslam əxlaqının gözəlliklərini izah etməklə məsuldur. Amma bu vəzifəsi yalnız dini izah etməklə məhduddur.Allah Peyğəmbərimizin (s.ə.v.) də sadəcə təbliğ etdiyini Nəhl surəsində bu şəkildə bildirir:

İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!(Nəhl surəsi, 125)


Bir başqa ayədə isə "... Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." (Kəhf surəsi, 29) şəklində buyrulur və Rəbbimiz Peyğəmbərimizə (s.ə.v.) "Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" (Şuəra surəsi, 3) şəklində müraciət edir.Qaf surəsində isə Allah Peyğəmbərə bu xatırlatmanı edir:

Biz onların nə dediklərini çox gözəl bilirik.Sən onlara zor edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)


İnsan Allah qatından hidayət olaraq endirilən İslam dini izah edildiyi zaman öz istəyi ilə iman edər, heç bir təzyiq və ya məcburiyyətqarşısında qalmadan qərar verər.İnsan doğrunu və ya yalnışı seçməkdə azaddır. Əgər səhv seçim etsə axirətdə bunun qarşılığını alacaq.Quran ayələrində bu mövzuyla əlaqədar çox açıq əmrlər və xatırlatmalar var:

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi.İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Yunus surəsi, 99)


Məsələn, mömin təbliğ edərkən bir nəfər dərhal iman etdiyi halda digəri inkar edərək lağ edə və pis qarşılıq verə bilər.Başqa bir nəfər vicdanının səsini dinləyib həyatını Allahın razı olacağı şəkildə keçirməyə qərar verərkən digər isə inkarçılardan olub gözəl sözə pisliklə qarşılıq verə bilər. Ancaq bu inkar dəvət edən insanı heç bir şəkildə ümidsizliyəqapdırmaz ya da kədərləndirməz. Allah Yusuf surəsində bu şəkildə buyurur:

Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu aləmlər üçün ancaq bir öyüd-nəsihətdir. (Yusuf surəsi, 103-104)


Burada əhəmiyyətli olan Qurana tabe olmağa dəvət edən insanın qarşılaşdığı reaksiyalardan asılı olmayaraq hər zaman Allahın razı olacağı əxlaqı göstərməsi, gözəl əxlaqdan qətiyyənuzaqlaşmaması, təvəkküllü davranmasıdır. Necə ki, Allah "İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik" (Ənkəbut surəsi, 46) ayəsi ilə dinin necə izah ediləcəyini də bizlərə bildirmişdir: "Ən gözəl tərzdə".

Yer üzündəki bütün hadisələrin Allahın yaratdığı qədər daxilindəbaş verdiyi unudulmamalıdır.İmana dəvət edilən insana hidayəti verən də Allahdır. Buna görə də möminlər inkarçıların hərəkətlərindən kədərlənməzlər. Quranda bu mövzu ilə əlaqədar bir çox nümunə verilmişdir. Allah "Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?" (Kəhf surəsi, 6) ayəsi ilə Peyğəmbərimizə (s.ə.v.) Qurana dəvət etdiyi insanların iman etmədikləri üçünkədərlənməməli olduğunu bildirmişdir.Bir başqa ayədə isə "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır" (Qəsəs surəsi, 56) şəklində bildirilmişdir. Buna görə də insanların dəvətləri, söylədikləri gözəl sözlər, izah etdikləri hər incəlik yalnız Allahın istəyi ilə qarşısındakı insana təsir edər.

İman edənlərin məsuliyyəti insanları Qurana dəvət etməkdir.İnkarçıların inkarından və buna görə də cəhənnəm əzabına layiq olmalarından məsul olmaq deyil. Rəbbimiz, "Biz sənihaqq ilə müjdə verməyə və qorxutmağa göndərdik.Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan." (Bəqərə surəsi, 119) ayəsi ilə bu gerçəyi Peyğəmbərimizə (s.ə.v.) də bildirmişdir.

Allah insana ağıl və vicdan vermişdir.Elçiləri və elçilərinə vəhy etdiyi müqəddəs kitabları ilə haqq yolunu göstərmişdir.Buna görə də hər insan sadəcə öz qərarlarına görə məsuliyyət daşıyır.İslam əxlaqı ancaq səmimi qərarla, Allaha təslimiyyətlə və hər zaman doğruları əmr edən vicdanın səsini dinləməklə yaşana bilər.İnsanları ibadət etməyə məcbur etmək İslam əxlaqına tamamilə zidddir.Çünki əhəmiyyətli olan insanın ürəkdən Allaha təslim olması, səmimi olaraq iman etməsidir.Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün dindar olarlar.Dini cəhətdən məqbul olan isə vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün dinin yaşanmasıdır. Allah Ğaşiyə surəsində Peyğəmbərimizə (s.ə.v.) bu şəkildə buyurmuşdur:

Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! Lakin kim üz döndərib inkar etsə Allah onu ən böyük əzaba düçar edər!Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! (Ğaşiyə surəsi, 21-26)


İslam dini insanları dini inanclarını seçmədə azad buraxaraq onların digər dinlərə hörmət etmələrini də əmr edir.Bir insan Quranda batil olaraq təsvir edilən bir inanca sahib olsa belə,İslam torpaqlarında rahat və sülh şəraitində yaşaya bilər, ibadətlərini azad şəkildə yerinəyetirə bilər.Allah Peyğəmbərimizə (s.ə.v.) inkar edənlərə bu şəkildə söyləməsini əmr etmişdir:

Mən sizin tapındıqlarınıza tapınmam.Mənim tapındığıma siz tapınacaq deyilsiniz.Mən də sizin tapındıqlarınıza tapınacaq deyiləm.Siz də mənim tapındığıma tapınacaq deyilsiniz.Sizin dininiz sizə, mənim dinim mənə.(Kafirun surəsi, 2-6)


İslam əxlaqına görə hər insan öz inanclarına uyğun ibadətlərini azad şəkildə yerinə yetirə bilər.Heç kim bir başqasını öz dininin ibadətlərini yerinə yetirməyə məhdudiyyət qoya bilməz. Yaxud da bir insanı istədiyi şəkildə ibadət etməyə məcbur edə bilməz.Bu, İslam əxlaqına ziddir və Allahın razı olmadığı əxlaq modelidir. İslam tarixini araşdırdığımız zaman hər kəsin azad şəkildə ibadət edə bildiyi, inanclarının tələblərini yerinə yetirə bildiyi bir cəmiyyət modeli görürük.Quranda Əhli Kitabın ibadət yerləri olan monastır, kilsə və sinaqoqlardan Allahın qoruduğu ibadət məkanları olaraq bəhs olunur:

... Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi.Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Həcc surəsi, 40)


Peyğəmbərimizin (s.ə.v.) həyatı da bu kimi nümunələrlə doludur.Hətta Peyğəmbərimiz (s.ə.v.) özü ilə görüşməyə gələn xristianların öz məscidində ibadət etmələrini söyləmiş və bu iş üçün məscidi onların istifadəsinə vermişdir.22 Peyğəmbərimizdən (s.ə.v.) sonrakı xəlifələr dövründə də bu xoş anlayış qorunmuşdur. Şam fəth edildiyi zaman məscidə çevrilən bir kilsə ikiyə bölünmüş, bir hissəsində xristianlar, o biri hissəsindəmüsəlmanlar ibadət etmişdir.





İSLAM DİNİ ZÜLMƏ RAZILAŞILMAMAĞI ƏMR EDİR


Möminlər şahid olduqları, eşitdikləri, hətta bilvasitə xəbərdar olduqları heç bir zülmə qarşı laqeyd qalmazlar.Quran əxlaqından qaynaqlanan mərhəmətləri onları hər cür vəhşiliyə, pisliyə və zülmə qarşı olmağa, məzlumların haqqını qorumağa və onlar üçün fikri mübarizə aparmağa yönəldir.Qarşılarındakı ən yaxın dostları da olsa, heç tanımadıqları və heç bir mənfəətlərinin olmadığı yad biri də olsa, edilən zülmə maneolmaqüçün qərarlı davranarlar.Bu vəziyyətin Allahın razılığını qazanmaq və Quran əxlaqını tətbiq etmək üçün böyük fürsət olduğunu düşünərlər.Möminin vicdanı çox həssas olduğu üçün mərhəmət anlayışı ən kiçik bir haqsızlığa və ya zülmə göz yummasına qətiyyənrazı olmaz.Özü heç kimə zülm etməz, haqsızlıq etməyərək bu əxlaqda nümunə olar.Başqalarında şahid olduğu zaman isə bu vəziyyəti aradan qaldırmaq üçün əlindən gələn ən son ana qədər səy sərf etmədikcə vicdanı rahatlamaz.Çünki həqiqi mərhəmətdə zülmü gözardı etmək, unutmaq, ona əhəmiyyət verməmək olmaz.

Cahil cəmiyyətdəisə insanlar,zülm onlara toxunana qədər heç bir hərəkət etməzlər."Mənə toxunmayan ilan min il yaşasın" atalar sözü bu məntiqi ən gözəl şəkildə vurğulayır.Bu onların edilən yaxşılıqların və göstərilən gözəl əxlaqın axirətdə qarşılarına çıxacağını unutmalarından və ya bunu inkar etmələrindən qaynaqlanır.Mömin isə bu vəziyyətin şüurundadır,buna görə də tanımadığı bir insana belə mərhəmətlə yaxınlaşıb onu zülmdən qurtarmağa çalışar. Heç kimköməketməsə belə, tək özü bütün imkanlarını səfərbər edərək pisliyinqarşısınıalmağa çalışar. Əksəriyyət fərqli fikirdə olsa da, onların vicdansızlıqları və heç nəyi veclərinə almamaları inananların zəiflik göstərmələrinə səbəb olmaz.Müsəlmanlaraxirətdə hər şahid olduqları hadisədə nə cür səy göstərdiklərindən sorğuya çəkiləcəklərini və bu zülmə mane olmaq üçün nə etdiklərindənsorğu-sual olunacaqlarını bilərlər.Dünyada bir çox insanın etdiyi kimi "görmədim, eşitmədim,hiss etmədim" deyərək məsuliyyətdən qaça bilməyəcəklərini, yalnız vicdanlı davrananın qazanclı olacağını unutmazlar.Çünki insan tək başına imtahan verir və "... hüzurumuza tək-tənha gələcəkdir" (Məryəm surəsi, 80) ayəsində də ifadə edildiyi kimi, tək başına Allahın hüzuruna gedib, dünyada etdiklərinin hesabını verəcəkdir.Yaxşı və gözəl əməllər edib hər cür zülmə qarşı çıxanlar və pisliklərə qarşı Allah yolunda gözəl mübarizə aparanlar əməllərinin qarşılığında Allahdan gözəl bir əcr ümid edə biləcəklər. Allah bir ayəsində bu mövzudan belə bəhs edir:

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar.Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)




close

Əhdi Ətiqdən və İncildən sülhə, xoşməramlılığavə gözəl əxlaqa dəvət

Əvvəlki hissədə Allahın Quran ayələri ilə insanları sevgiyə, hüzura və güvən dolu bir həyata dəvət etdiyinin üzərində dayandıq və İslamın sülh dini olduğunu vurğuladıq. Quran əxlaqının yaşandığı cəmiyyətdə xoşməramlı, insanpərvər, düşüncə azadlığına hörmətedən, insan haqqlarına əhəmiyyət verən bir model meydana gələcəyini izah etdik. Çünki İslam əxlaqı digər İlahi dinlərdə də olduğu kimi mehriban, yetkin, etidallı, həlim xasiyyətli, mülayim, nəzakətli, müharibə və qarşıdurmadan çəkinən, insaflı, vəfalı, anlayışlı, bağışlayan və gözəl əxlaqa sahib insanlardan ibarət olan cəmiyyət modeli təqdim edir və iman edənlərə də belə bir cəmiyyət meydana gətirmək üçün cəhd göstərmələrini əmr edir.

Qurandan əvvəl endirilən haqq kitablarda da Quranla uyğunlaşan hissələr var. Quranda adı keçən bu kitablarda eyni gözəl əxlaq əmr edilir, insanlar sevgiyə və sülhə sövq edilir. Bu hissədə də Əhdi Ətiq və Əhdi Cədidin Qurana uyğun olan hissələrindən sevgiyə, sülhə və xoşmərama təşviq edən izahlara, terrorun və zülmün qadağan edildiyi əmrlərə diqqət çəkəcək, dünyanın dörd bir tərəfindəki yəhudilərin və xristianların da bu əmrlərə uyğun hərəkət edib, terrora qarşı olduqlarının üzərində dayanacağıq.



ƏHTİ ƏTİQDƏN TERRORU LƏNƏTLƏYƏN, SEVGİNİ VƏ SÜLHÜ TƏŞVİQ EDƏN AÇIQLAMALAR
Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin… (Amos, 5-ci fəsil, 14-15)

Kitabın əvvəlki hissələrində də ətraflı izah etdiyimiz kimi, Allahın qullarına hidayət rəhbəri olaraq göndərdiyi haqq kitablarda sevgiyə, xoşməramlılığa və ədalətə söykənən cəmiyyət modelindən bəhs olunur. Məsələn, Allah Maidə surəsində yəhudilərə endirilən Tövratın insanlara yol göstərdiyi xəbər verilir:
Şübhəsiz ki, Tövratı da Biz nazil etdik.Onda haqq yol və nur vardır.(Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər… (Maidə surəsi, 44)

Tövratdakı bu İlahi əmrlərin bir qismini Əhdi Ətiqdə tapmaq mümkündür. Əhdi Ətiqdə də insanlar pislik etməkdən, təcavüzkarlıqdan, rüşvətdən, saxtakarlıqdan, zalımlıqdan çəkindirilir, hər zaman gözəl əxlaqa yönləndirilir. Belə ki, Allah Əraf surəsində bu cür buyurur:

(Allah) belə buyurdu: “Ya Musa! Mən Öz risalətlərimdə və danışmağımla insanlardan səni seçib üstün tutdum.İndi sən verdiyimi al və şükür edənlərdən ol!”Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq:) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl hökmlərindən yapışmağı əmr et. Sizə fasiqlərin yurdunu göstərəcəyəm! (Əraf surəsi, 144-145)

İsrail oğullarının müqəddəs kitabının bir çok hissəsində gözəl əxlaq ətraflı şəkildə və müxtəlif nümunələrlə izah edilir. Bir çok hissədə isə şiddətin, qəddarlığın pisləndiyi, şiddətə meyl edənlərin lənətləndiyi ifadələr var. Bunlardan bəzilərini aşağıda incələyəcəyik:



HƏR CÜR ŞİDDƏT VƏ VƏHŞİLİK QADAĞAN EDİLMİŞDİR
Əhdi Ətiqdə pislik edənlər və insanlar arasında pisliyin yayılmasını istəyən insanların alacağı qarşılıq ətraflı şəkildə izah edilir, insanlar bu şəxslərin yoluna tabe olmamaq üçün xəbərdar edilirlər.Əsəbləşib insanlara zərər vermək, onları doğru yollardan uzaqlaşdırmaq, qan tökmək, insanlarla münaqişəyə girmək Allahın bəyənmədiyi və qadağan etdiyi əməllər olaraq xəbər verilir.Allah şər və qəddarlığın arxasınca gedənləri lənətləyir və bu insanların əsla rahatlıq tapmayacaqlarını xəbər verir. Əhdi Ətiqdəki bəzi açıqlamalar bu şəkildədir:
Şimeonla Levi qardaşdır, qəddarlıq qılıncları ilə silahlanıblar.Ey qəlbim, onların məclisinə getmə, ey şərəfim, onların toplantısında olma.Çünki onlar qəzəblənəndə qətl etdilər, əylənəndə öküzlərin ayaq vətərini kəsdilər. Lənət olsun vəhşi qəzəblərinə, lənət olsun qəddar hiddətlərinə… (Yaradılış, fəsil 49, 5-7)


... Pislər isə sanki dalğalanan dənizdir, bu dəniz sakit dura bilməz, onun suları palçıq və kir çıxarar.“Pislərə isə sülh yoxdur” deyir mənim Allahım. (Yeşaya, 57-ci fəsil, 20-21)


“Ey İsrail övladları… sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub.Lənət, yalan, qətl, oğurluq və zina hər yerə yayılıb. Qoluzorluluq edərək qan üstünə qan tökürlər. Bundan ötrü ölkə yas tutur, orada yaşayan hər kəs bezib. Həmçinin çöl heyvanları, göy quşları, Hətta dənizdəki balıqlar da məhv olur.Ancaq heç kəs dava etməsin, heç kəs başqasını təqsirləndirməsin, çünki mənim davam səninlədir, ey kahin. (Hoşea, 4-cü fəsil, 1-4)


Gilead şər adamların şəhəridir, qan izləri ilə doludur. Quldur dəstələri necə insan üçün pusquya yatırsa, Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür, bəli, xəbislik edir. (Hoşea, 6-cı fəsil, 8-9)


İnsanın sadiqliyi ona xeyir gətirər, qəddar adam özünə əzab verər… Sidq ürəkdən saleh olan həyata qovuşar, Şərin ardınca düşən ölümə çatar… Doğrudan da, pis cəzasız qalmaz, salehlərin nəsli xilas olar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 17-21)


Yaramaz şər quyusu qazar, dili alov kimi yandırıb-yaxar. Hiyləgər adam dava yaradar, qeybətçi əziz dostları ayırar. Zorakı qonşularını aldadar, onları yaxşı olmayan yola aparar… İgid olmaqdan səbirli olmaq yaxşıdır… (Süleymanın Məsəlləri, 16-cı fəsil, 27-32)


Rəbb şər adamdan gen dayanar… (Süleymanın Məsəlləri, 15-ci fəsil, 29)


Əhdi Ətiqdə pislik edənlərin, insanlarla qəddar şəkildə rəftar edənlərin, qəddarların etdikləri zülm ətraflı şəkildə izah edilir, mütləq etdikləri əməllərin qarşılığını alacaqlarını xəbər verir.Ancaq buna baxmayaraq tövbə edib, Allahın dininə tabe olsalar yaxşı insan olaraq qəbul ediləcəklərini də xəbər verir. Bu mövzuyla əlaqədar izahlar bu şəkildədir:

Ancaq siz “Rəbbin yolu düz deyil” deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. Bir halda ki, diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.Ancaq İsrail nəsli “Rəbbin yolu düz deyil” deyir.Ey İsrail nəsli, Mənimmi yollarım düz deyil?Düz olmayan sizin yollarınız deyilmi?Buna görə, ey İsrail nəsli, sizin hər birinizi əməllərinizə görə mühakimə edəcəyəm” Xudavənd Rəbb belə bəyan edir.“Tövbə edib bütün günahlarınızdan dönün ki, təqsir sizi məhvə sürükləməsin.Etdiyiniz günahların hamısını üstünüzdən götürün, özünüzdə yeni ürək və yeni ruh yaradın.Nə üçün öləsiniz, ey İsrail nəsli?” Xudavənd Rəbb bəyan edir: “Mən məhv olacaq adamın ölümündən zövq almıram. Buna görə də günahlardan dönün və yaşayın”. (Yezekel, 18-ci fəsil, 25-32)


Rəbb belə deyir: “… sizə bir qəsd qururam. İndi hər biriniz öz pis yolunuzdan dönüb yaşayışınızı və əməllərinizi islah edin”. Ancaq onlar deyir: “Boş sözdür, biz öz niyyətlərimizin dalınca gedəcəyik, hər birimiz öz qara ürəyimizin inadına görə rəftar edəcəyik”. (Yeremya, 18-ci fəsil, 11-12)


... “Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər onlara müraciət edib söylədi ki, Ordular Rəbbi onlara “pis əməllərinizdən və pis işlərinizdən qayıdın” deyir. Ancaq onlar eşitmədi və Mənə qulaq asmadı”... (Zekeriyye, 1-ci fəsil, 3-4)



İnsanlara zarər vermək qadağan edilmişdir
Əhdi Ətiqdə insanlara zərər vermək, cinayət törətməmək, insanlar arasında ədalətlə hökm etmək, haqsızlık etməməklə əlaqədar bir çox əmr var:
Qətl etmə.Zina etmə.Oğurluq etmə.Heç kimə qarşı yalan şahidlik etmə. Heç kimin evinə tamah salma... (Çıxış, 20-ci fəsil, 13-17)


Məhkəmədə haqsızlıq etməyin.Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin.Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm. … qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm. (Levililər, 19-cu fəsil, 15-18)


Belə ki, Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız. (Qanunun Təkrarı, 19-cu fəsil, 10)


Ölümə aparılanları qurtar, Qırğın təhlükəsi altında olanları geri çək.Desən ki, bax bundan xəbərim yox idi, ürəkləri yoxlayan bunu görməzmi? Canını qoruyan bunu bilməzmi? (Süleymanıın Məsəlləri, 24-cü fəsil, 11-12)


İnsanlara yaxşı münasibət göstərmək əmr edilmişdir
Yenə Tövratda insanlar arasında dostluq, sevgi, fədakarlıq, təvazökarlığı əmr edən bir çox tövsiyə var. Yəhudilər də eyni müsəlmanlar və xristianlar kimi insanalra gözəl davranmaq, yaxşılıq etmək, doğru yoldan sapmamaq, mehriban və həlim xasiyyətli olmaq, bağışlayan və xoş rəftarlı olmaqla əmr olunmuşlar. Bu tövsiyələrdən bəziləri bunlardır:
Siz isə haqsızlığa etirazını bildirənlərə, düz danışanlara nifrət edirsiniz. Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb onların şərabını içməyəcəksiniz. Çünki cinayətlərinizin çox, günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, möhtacların haqqını tapdalayanlar! Bu zəmanə o qədər pisdir ki, ağlı başında olan susur. Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq. Pisliyə nifrət edin, yaxşılığı sevin, məhkəmədə ədalətə üstünlük verin… (Amos, 5-ci fəsil, 10-15)


İnsanlar gözəl əxlaqa dəvət edilmişdir
Ey insanlar, Allah sizə yaxşı olanı bildirdi.Rəbb sizdən bundan başqa nə istəyir ki?Adil olun, məhəbbət göstərməyi sevin, Allahınızın önündə təvazökarlıqla gəzin. (Mika, 6-cı fəsil, 8)
“Nə vaxtadək nahaq hökm verəcəksiniz, pislərə tərəfkeşlik edəcəksiniz? Yoxsulun və yetimin işinə ədalətlə baxın, məzlumun və fəqirin haqqını verin.Yoxsul və möhtacları qurtarın, pislərin əlindən onları azad edin. (Məzmurlar, 82-ci fəsil, 2-4)

Əməlisalehi kamillik yolu aparar, xəyanətkar əyriliyindən məhv olar.Heç kimi var-dövləti qəzəb günündən xilas etməz, amma salehlik insanı ölümdən qurtarar.Kamil insanın yolunu salehliyi düz edər, şər adamı pisliyi yıxar. Əməlisalehi salehliyi qurtarar, xaini acgözlüyü tələyə salar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 3-6)

Salehlər yalnız yaxşılıq arzular, şər adama qəzəb nəsib olar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 23)

Səylə yaxşılığın ardınca gedən lütf axtarar, şər ardınca düşən isə başını bəlaya salar. (Süleymanın Məsəlləri, 11-ci fəsil, 27)

Rəbb şər insanın yollarından ikrah edər, amma salehliyin ardınca gedəni sevər. (Süleymanın Məsəlləri, 15-ci fəsil, 9)

Xeyirxahlıq və sədaqət hər təqsiri kəffarə edər, insan Rəbb qorxusuna görə pislikdən dönər.Rəbb insanın həyatından razı qaldısa, düşmənlərini belə, onunla barışdırar. Salehliklə qazanılan az şey haqsız yolla olan bol gəlirdən yaxşıdır. (Süleymanın Məsəlləri, 16-cı fəsil, 6-8)

Əməlisalehlər pislikdən dönmək yolunu tutar... (Süleymanın Məsəlləri, 16-cı fəsil, 17)

Pis adamlara qibtə etmə, onlara qoşulmaq istəmə.Çünki ürəklərində zalımlığı fikirləşər, dilləri qəddarlıqdan danışar. (Süleymanın Məsəlləri, 24-cü fəsil, 1-2)

Ey şər insan, salehin yurdu üçün pusqu qurma, onun evini soyma.Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, şər insan büdrəsə, bəlaya düçar olar.Düşməninin yıxılmasına sevinmə, onun büdrəməsinə görə ürəyin fərəhlənməsin.Yoxsa Rəbb görər, bundan xoşu gəlməz, düşmənin üzərindən qəzəbini götürər. Pislik edənlərə görə qəzəblənmə, şər insanlara qibtə etmə, çünki pis insanın axırı yoxdur... (Süleymanın Məsəlləri, 24-cü fəsil,15-20)


Sülh tərəfdarı olmaq əmr edilmişdir
Yəhudilər də müsəlmanlar kimi müharibəyə mane olmaq və sülh mühiti yaratmaqla əmr olunmuşlar. Əhdi Ətiq və İncilə görə “Xristian əxlaqı” adlı əsərdə bu vəziyyətdən “Müqəddəs Kitabda bəhs olunan münaqişələrin səbəbi özünü qorumaqdır” deyə bəhs olunur.24 Müharibə zamanı müdafiəsiz uşaqlara zərər vermək isə qadağan edilmişdir.
Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü. Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: “Oğula görə ata, ataya görə oğul öldürülməsin... (2 Padşahlar, 14-cü fəsil, 5-6)


Əht-I Ətiqə görə din əxlaqının hakim olduğu mühit
Müsəlmanlıqda olduğu kimi yəhudilikdə də insanlara nümunəvi cəmiyyət modeli təqdim edilir.Allahın insanlara rəhbər olaraq göndərdiyi elçilər Allaha olan güclü imanları, gözəl əxlaqları və Allahın ayələrini tətbiq etmək cəhd göstərmələri insanlar üçün ən gözəl nümunədir.Buna görə də iman edənlər peyğəmbərlərin əxlaqını özlərinə nümunə götürməli, onlar kimi yaşamağa çalışmalıdırlar. Din əxlaqının qazandırdığı gözəl əxlaq xüsusiyyətlərinin insanlar arasında yayılması dünyada cənnət şəraiti yaradacaq. Bu şəraitdə terror və anarxiya aradan qalxacaq.Çünki Allahdan qorxan iman sahibləri Onun əmrlərinə itaətkar olduqları üçün fitnə-fəsaddan, itaətsizlikdən çox çəkinəcək, dünyanı sülh, xoşməramlı, mülayim və anlayışlı insanlar bürüyəcək.Əhdi Ətiqdə də din əxlaqının hakim olduğu həyatın necə olacağı bəzi nümunələrlə izah edilir. Bunlardan bəziləri bu şəkildədir:
Sonra ədalət səhrada məskunlaşacaq, Salehlik məhsuldar tarlada yaşayacaq.Salehliyin bəhrəsi əmin-amanlıq, nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.Xalqım əmin-amanlıq içində evlərində, təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq. (Yeşaya, 32-ci fəsil, 16-18)

Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq… Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.Zəif əllərə qüvvət verin, əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: “Cəsarətlənin, qorxmayın!... O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. (Yeşaya, 35-ci fəsil, 1-6)

Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, zorakılıqla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan, qatillərin qurduğu qəsdə fikir verməyən, pisliyə qarşı gözlərini yuman yüksəkliklərdə yaşayacaq, təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. (Yeşaya, 33-cü fəsil, 15-16)

... Mənim istədiyim oruc isə haqsızlığın buxovlarını qırmaq, boyunduruğun iplərini açmaq, sıxıntı içində olanları azad etmək, hər cür boyunduruğu məhv etmək deyilmi?Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək deyilmi?Mənim istədiyim oruc bu deyilmi?Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?Onda şəfəq kimi nurunuz saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O, sizə “buradayam” deyəcək.Əgər siz boyunduruğu, yəni başqalarına zülm etməyinizi, aranızdan rədd etsəniz, barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, cani-dildən acların qayğısına qalsanız, fəqirlərin ehtiyaclarını ödəsəniz, nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq. (Yeşaya, 58-ci fəsil, 6-10)


Sevgi və sülh dolu dünya üçün Əhd-i Cədiddən insanlara tövsiyələr
... “Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.Bu, birinci və ən böyük əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. (Matta, 22-ci fəsil, 37-39)
Əhdi Ətiqdə olduğu kimi, xristianların müqəddəs kitabı Əhdi Cədiddə, yəni İncildə də insanları zülüm və fitnə-fəsaddan çəkindirən bir çox açıqlama var. İnsanlar bağışlayan olmağa, sülhə, xoşməramlılığa,dostluğa dəvət edilirlər. Buna görə də, xristianlıq mülayim, anlayışlı, sevgi dolu, müharibə və münaqişədən uzaq insan modelini məsləhət görür. Hz. İsanın endirilən dinə tabe olan və onun gözəl əxlaqını nümunə götürən xristianların əxlaqları Quranın Hədid surəsində bu şəkildə xəbər verilir:

Sonra onların ardınca peyğəmbərlərimizi yolladıq. (Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq... (Hədid surəsi, 27)

Allah digər bir Quran ayəsində, “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.” (Maidə surəsi, 82) şəklində buyuraraq, səmimi qəlblə Allaha yönələn xristianların gözəl əxlaqlarını tərifləyir.

Xristianlığın bu müsbət əxlaqı İncildəki hökmlərə əsaslanır.Xristianlar İncilin hökmlərinə uyğun olaraq pisliyə yaxşılıqla cavab verməyə, insanları qarşılıqsız sevməklə və ehtiyacı olanlara qarşılıqsız kömək etməklə əmrolunmuşlar. Hətta Əhdi Cədiddə iman edənlərin Rəbbimizə və iman edənlərə qarşı hiss etdikləri “qarşılıqsız sevgini” anlatmaq üçün xüsusi bir ifadədən istifadə edilir. Xristian əxlaqından bəhs edilən bir əsərdə bu vəziyyət belə xəbər verilir:

“Agape” (İncildə) ən çox istifadə edilən sevgi sözüdür (116 dəfə).Agape hər zaman verən və heç vaxt qarşılıq gözləməyən sevgidir. Məsələn: “... Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.Bu, birinci və ən böyük əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev” (Matta, 22-ci fəsil, 37-39) əmrində sevgi kəliməsi istifadə edilən yerdə “agape” sözü keçir. Yəni qarşılıqsız sevgi.

QARŞILIQSIZ SEVMƏK, ŞƏFQƏTLİ VƏ MƏRHƏMƏTLİ OLMAQ


Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. Qardaşlıq sevgisi ilə bir-birinizi sevin.Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun.dayanmadan dua edin. Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy edin. Sizi təqib edənlərə xeyir-dua verin; lənət deyil, xeyir-dua verin. (Paulun Romalılara Məktubu, 12-ci fəsil, 9-14)


davamı
Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. (Yəhya, 13-cü fəsil, 34)
Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın. Qardaşlıq sevgisi ilə bir-birinizi sevin.Hörmət göstərməkdə bir-birinizi qabaqlayın. Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun.dayanmadan dua edin. Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy edin. Sizi təqib edənlərə xeyir-dua verin; lənət deyil, xeyir-dua verin. (Paulun Romalılara Məktubu, 12-ci fəsil, 9-14)

Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanuna əməl etmiş olur. Belə ki “Zina etmə! Qətl etmə! Oğurluq etmə! Tamah salma!” və bunlardan başqa nə əmr varsa, bu Kəlamla yekunlaşdırmaq olar: “Qonşunu özün kimi sev”. Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır. (Paulun Romalılara Məktubu, 13-cü fəsil, 8-10)

Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətiniz tək artırıb-çoxaltsın! (Paulun Saloniklilərə birinci məktubu, 3-cü fəsil, 12)

... İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb ondan soruşdu: “Əmrlərin ən əsası hansıdır?” İsa cavab verdi: “Əmrlərin ən əsası budur: (Dinlə, ey İsrail! Allahımız Rəbb, yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və var gücünlə sev). İkincisi də budur: (Qonşunu özün kimi sev). Bunlardan böyük əmr yoxdur”. İlahiyyatçı ona dedi: “Çox yaxşı, müəllim, sən həqiqəti söylədin. Allah yeganədir.Ondan başqası yoxdur.Onu bütün qəlbinlə, bütün ağılınla və var gücünlə sevmək, qonşunu özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir”. (Mark, 12-ci fəsil, 28-33)

Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin… (Peterin birinci məktubu, 1-ci fəsil, 22-23)

Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun. Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir duaları irs olaraq alasınız. (Peterin birinci məktubu, 3-cü fəsil, 8-10)

Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki “məhəbbət çox günahı örtər”. Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin. Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri aldığı ənama görə bir-birinə xidmət etsin. (Peterin birinci məktubu, 4-cü fəsil, 8-10)


DÜŞMƏNLƏRİNİ BELƏ SEVMƏK
Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. (Matta, 5-ci fəsil, 43-44)
Amma sözüm sizədir, ey Məni dinləyənlər: düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizi lə’nətləyənlərə xeyir-dua verin və sizi incidənlər üçün dua edin.Bir üzünə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə.Səndən diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə.İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin.

Əgər siz ancaq sizi sevənləri sevirsinizsə, hansı tərifə layiqsiniz?Çünki günahkarlar da onları sevənləri sevirlər.Əgər sizə yaxşılıq edənlərə yaxşılıq edirsinizsə, hansı tə'rifə layiqsiniz?Çünki günahkarlar da elə edirlər.Əgər siz geri almaq ümidi ilə insanlara borc verirsinizsə, hansı tərifə layiqsiniz?
Günahkarlar da günahkarlara borc verirlər ki, həmin borcu tam geri alsınlar. Siz isə düşmənlərinizi sevin, onlara yaxşılıq edin və heç bir şeyə ummadan borc verin. Alacağınız mükafat böyük olacaq… (Luka, 6-cı fəsil, 27-35)

GÖZƏL ƏXLAQLI OLMAQ
Mərhəmətli olanlar nə bəxtiyardır! Çünki onlara mərhəmət ediləcək. Ürəyi təmiz olanlar nə bəxtiyardır! Çünki onlar Allahı görəcək. Sülhyaradanlar nə bəxtiyardır… (Matta, 5-ci fəsil, 7-9)
Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız.Günahlandırmayın ki, sizi də günahlandırmasınlar. Başqalarını bağışlayın ki, siz də bağışlanasınız. Verin, sizə də veriləcək: silkələnib-basılmış, dolub-daşmış bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə sizə ölçüləcək. (Luka, 6-cı fəsil, 37-38)

Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? Öz gözündəki çöpü isə görmədən qardaşına necə deyə bilərsən: [Qardaşım! Qoy gözündəki çöpü çıxarım!]Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, sonra qardaşının gözündəki çöpü necə çıxarmağı aydın görəcəksən. (Luka, 6-cı fəsil, 41-42)

Beləliklə, Allahin seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahliq, təvazökarliq, həlimlik və səbri əyninizə geyinin. Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayin. Bütün bunlardan əlavə kamil birliyin baği olan məhəbbəti geyinin. (Koloselilərə, 3-cü fəsil, 12-14)

Nəhayət, qardaşlar, doğru, ehtiramli, saleh, pak, cazibəli, etibarli nə varsa, əgər əla və tərifə layiq bir şey varsa, bunlari düşünün. (Filipililərə, 4-cü fəsil, 8)

... Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər. Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq. Qardaşlar bir-birinizi pisləməyin. Qardaşımı pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən. Qanun verən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən? (Yaqubun məktubu, 4-cü fəsil, 6-12)


EHTIYACI OLANLARA KÖMƏK VƏ YAXŞILIQ ETMƏK
Yaxşı ağac pis meyvə gətirməz, pis ağac da yaxşı meyvə gətirməz.Çünki hər ağac öz meyvəsindən tanınır.Tikanlı kollardan əncir yığmazlar, böyürtkən kolundan da üzüm dərməzlər. Yaxşı adam ürəyinin yaxşılıq xəzinəsindən yaxşı şeylər, pis adam isə ürəyinin pislik xəzinəsindən pis şeylər çıxarır. Çünki insanın ağzı ürəyini dolduran fikirləri söyləyir. (Luka, 6-cı fəsil, 43-45)
Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın.Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın.Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin. (Paulun Saloniklilərə ikinci məktubu, 3-cü fəsil, 13-15)

Camaat ondan soruşurdu: "Bəs biz nə edək?" Yəhya onlara belə cavab verdi: "İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün". Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdu: "Müəllim, biz nə edək?". Yəhya onlara dedi: "Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın". Əsgərlərin bəzisi də gəlib ondan soruşdu: "Bəs biz nə etməliyik?" Yəhya da onlara cavab verdi: "Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin". (Luka, 3-cü fəsil, 10-14)

Gördüyüm hər işdə belə əmək sərf edərək Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim. (Həvarilərin işləri, 20-ci fəsil, 35)

Xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin; nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. (Romalılara məktub, 12-ci fəsil, 7-8)

Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır. Azad insanlar kimi yaşayın.Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın.Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun… (Peterin birinci məktubu, 2-ci fəsil, 16-17)

... “Kim həyatdan kam almaq, xoş gün görmək istəyirsə, qoy dilini şərdən, ağzını hiylə danışmaqdan qorusun, qoy şərdən çəkinib yaxşılıq etsin, qoy sülhü axtarıb ardınca getsin! Çünki Rəbbin gözü salehlərin üzərindədir.Qulaqları onların fəryadlarına açıqdır.Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır”. (Peterin birinci məktubu, 3-cü fəsil, 10-12)


PİSLİKDƏN UZAQ OLMAQ VƏ SÜLH TƏRƏFDARI OLMAQ
Aranızda dava və çəkişmələrin kökü haradadandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki dinləmirsiniz. Dinləyirsiniz, amma anlamırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? (Yaqubun məktubu, 4-cü fəsil, 1-4)
Qoy hər cürə kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtan büsbütün sizdən uzaq olsun. Amma bir-birinizə qarşi lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağişladığı kimi siz də bir-birinizi bağışlayın. (Efeslilərə, 4-cü fəsil, 31-32)

Sülhyaradanlar nə bəxtiyardır!... (Matta, 5-ci fəsil, 9)

İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. Ey sevimlilər, heç kəsdən qisas almayın… Rəbb belə deyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”. Əksinə, “Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən”. (Romalılara məktup, 12-ci fəsil, 18-20)

Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, onu məzəmmət et. Əgər o tövbə edərsə, onu bağışla. (Luka, 17-ci fəsil, 3)
close

NƏTİCƏ

Saytda vurğuladığımız kimi,əgər lazımi tədbirlər alınmazsa, XXI əsrdə də eynilə XX əsrdə olduğu kimi şiddət və terror davam edəcək. Bunun üçün terrorla fikri mübarizə çox sürətlə və çox geniş kütlələri əhatə edəcək şəkildə başladılmalıdır. Bəhs etdiyimiz bu fikri mübarizə cahillikvə şiddətdən güc alanterroristlərlə, Allaha iman edən, şəfqətli, sevgi dolu, bağışlayan, mərhəmətli və vicdanlı insanlar arasında reallaşacaq. Rəbbimiz Hud surəsinin 116-cı ayəsində “... yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı” deyə buyurur. Allahın bu ayələrdə bəhs etdiyi fəzilət sahibləri iman edənlərdir. Terroristlər çarəni şiddətdə gördükləri halda, iman sahibləri nailiyyətin sadəcə Allahın dininə tam şəkildə tabe olmaqda əldə ediləcəyinin şüurundadırlar. Müsəlmanlar, yəhudilər, xristianlar birləşərək fikri mübarizə aparacaq və Allahın izni ilə qalib olacaqlar. Bu Allahın bütün iman edənlərə verdiyi mütləq reallaşacaq olan vədidir.
Terroristlər müdafiə etdikləri ideoloji fikirlərin təməl prinsiplərini əzbər bilirlər.Ancaq özü üçün həm dünyada, həm də axirətdə həqiqi xoşbətxlik və rahatlığa səbəb olacaq açıq-aşkar həqiqətdən xəbərsizdirlər.Çünki ömür boyu dinsiz ideologiyalarla, həyatın sadəcə güclülərlə zəiflər arasında reallaşan mübarizədən ibarət olduğu fikri ilə böyüyüblər.Onlara görə yaşamaq üçün sadəcə şiddət və zorakılıq tətbiq etmək lazımdır.Amma unudulmamalıdır ki, dinindən, irqindən, millətindən asılı olmayaraq terrora müraciət edən hər insan materialist və darvinist düşüncənin təsiri ilə hərəkət edir.Terrora müraciət edənlər Allahın və axirətin varlığından, dünya həyatının sadəcə imtahan yeri olduğundan və sadəcə iman edib saleh əməl sahiblərinin qurtulacağından xəbərsizdirlər.Bu insanlar həm dünyada, həm də axirətdə çox böyük əzaba düçar olacaqlar.

Bunun üçün də dinindən asılı olmayaraq iman edən hər insanın üzərinə böyük məsuliyyət düşür.Yəhudilər Əhdi-ətiqdə insanları sülhə və dostluğa dəvət edən açıqlamaları göz ardı etməməli, bütün yəhudiləri terrora qarşı mübarizə aparmağa dəvət etməlidirlər.Xristianlar da Allahın razı qalacağı gözəl əxlaqı özlərinə rəhbər edərək, bütün xristianları terrorizmlə mübarizəyə dəvət etməlidirlər.Müsəlmanlar da Allahın Quranda öyrətdiyi gözəl əxlaqa tabe olmalı və İslam dini adından istifadə edilərək terrorizmə müraciət edənlərə qarşı diqqətli olmalıdırlar.

Şübhəsiz bu mübarizə, terrora zəmin yaradan ideologiyalara qarşı aparılan fikri mübarizədir. Eyni zamanda bu ideologiyaların ziddiyyətlərindən, həmçinin şiddət, təzyiq, zülmlə heç bir fikrin əsla gözəllik yaratmayacağından bəhs etməlidirlər.

Terrorist ideologiya boş təməllər üzərində qurulub. Kitabda bəhs etdiyimiz terrorizmin bütün təməl fikirləri doğru təlimlə aradan qaldırıla bilər. Dünyadakı bütün müsəlmanlar da çarələr axtara, kitab və məqalələr yazaraq, müxtəlif seminarlar keçirərək terrorizmə qarşı mübarizə apara bilər, cahilliyin qarşısını ala bilərlər. Dünyada Allahın əmr etdiyi gözəl əxlaqın, sülhün və rifahın hakim olması, terrorizmi bir daha geri qayıtmayacaq şəkildə tarixə qarışdıracaq.
Copyright © 2013. Saytı qaynaq göstərməklə müəllif haqqı ödəmədən çoxalda bilərsiz.
Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanmışdır.